Məhkəmə qərarları › İş №e-2(018)-1124/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1124/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1124/2024 28.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Əfladdin oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1735 (min yeddi yüz otuz beş) manat 76 (yetmiş altı) qəpik məbləğində əsas kredit borcu, 12 (on iki) manat 79 (yetmiş doqquz) qəpik faiz borcu olmaqla, cəmi 1748 (min yeddi yüz qırx səkkiz) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaitinin və ödənilmiş 37 (otuz yeddi) manat 49 (qırx doqquz) məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Əfladdin oğlu iddialarını müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdi ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən borcalan Ramazanov Sahib Şirzad oğlu bankdan xx.xx.2024cü il tarixədək qaytarmaq və illik 1% ödəmək şərti ilə aldığı 1736 (min yeddi yüz otuz altı) manat 93 (doxsan üç) qəpik krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq gününə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Borcalan öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. O, vəfat etmişdir. Astara rayon İcra Hakimiyyəti Başçısının Kakalos kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 64 saylı məktubundan müəyyən edilir ki, mərhum Ramazanov Sahib Şirzad oğlunun vəfatından sonra ona məxsus fərdi yaşayış evində hal-hazırda həyat yoldaşı Cavabdeh yaşayır, həyətyanı və pay torpağını özü idarə edərək istifadə edir. Gördünüyü kimi mərhum borcalanın arvadı Cavabdeh vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Cavabdeh dəfələrlə şifahi və rəsmi (Pretenziya qaydasında) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə olan maliyyə arayışına İddiaçı ASCyə 1735.76 manat məbləğində əsas kredit borcu, 12.79 manat məbləğində faiz borcu olmaqla, cəmi 1748.55 manat məbləğində borcu qalmaqdadır. Cavabdeh 1735.76 manat məbləğində əsas kredit borcu, 12.79 manat məbləğində faiz borcu olmaqla cəmi 1748.55 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 37.49 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən zaman iş üzrə Cavabdeh göstərmişdir ki, Ramazanov Sahib Şirzad oğlu vəfat etmiş, hazırda birgə mülkiyyətləri olan fərdi yaşayış evində yaşayır və yeddi övladı vardır. Lakin vərəsəliyi notarial qaydada qəbul etməmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 012CASA192210002 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Ramazanov Sahib Şirzad oğlu arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Ramazanov Sahib Şirzad oğluna kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 01 il güzəşt müddəti olmaqla illik 01% olmaqla 05 il müddətinə, 1736 (min yeddi yüz otuz altı) manat 93 (doxsan üç) qəpik kredit verilmişdir. İş materiallarında olan AZİİ seriyalı 164222 nömrəli ölüm haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, Ramazanov Sahib Şirzad oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Astara RİH-nin Kakalos kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 64 saylı arayışından görünür ki, Astara rayon İcra Hakimiyyəti başçısının Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Astara rayonu Kakalos kəndində yaşamış xx.xx.1953-cü il təvəllüdlü Ramazanov Sahib Şirzad oğlu həqiqətən xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra ona məxsus fərdi yaşayış evində hal-hazırda həyat yoldaşı, Cavabdeh (AZE№0******* FİNxxxxxxx) yaşayır, həyətyanı və pay torpaq sahələrini özü idarə edərək istifadə edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********15 nömrəli məxadil qəbzindən görünür ki, İddiaçı ASC iddia verilməsi üçün 37 (otuz yeddi) manat 49 (qırx doqquz) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“ N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Ramazanov Sahib Şirzad oğlu arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Ramazanov Sahib Şirzad oğluna 1736 (min yeddi yüz otuz altı) manat 93 (doxsan üç) qəpik kredit verilmiş, lakin Ramazanov Sahib Şirzad oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra ona məxsus fərdi yaşayış evində həyat yoldaşı Cavabdeh övladları ilə birlikdə yaşayır, həyətyanı və pay torpaq sahələrini o, idarə etmiş, lakin rəsmi qaydada həyat yoldaşında qalan mirası qəbul etməmişdir. İddiaçı tərəfindən Cavabdeh yaşadığı evin və idarə etdiyi əmlakın mərhum Ramazanov Sahib Şirzad oğlunun mülkiyyətində olmasına, həmçinin cavabdehim mirası qəbul etməsinə dair rəsmi sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Ramazanov Sahib Şirzad oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 012CASA192210002 nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsindən irəli gələn pul məbləğini Cavabdeh tələb edilməsi məqbul deyil. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən. İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar