Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1125/2024 29.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Əfladdin oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı ASC cavabdeh Əsədova (Rzayeva) Simayə Fərman qızına qarşı “kredit müqaviləsi üzrə pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əsədova (Rzayeva) Simayə Fərman qızından 2598 (iki min beş yüz doxsan səkkiz) manat 64 (altmış dörd) qəpik məbləğində əsas kredit borcu, 22 (iyirmi iki) manat 68 (altmış səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 2621 (iki min altı yüz iyirmi bir) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaitinin və ödənilmiş 46 (qırx altı) manat 22 (iyirmi iki) qəpik məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Əfladdin oğlu iddialarını müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdi ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən borcalan Rzayev Arif Cəfər oğlu aldığı 2598.64 AZN krediti 5 il ərzində illik 1 % ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab edilmişdir. Güzəşt müddəti ərizində bu müqavilənin imzalandığı tarixdən 30 gündən gec olmayaraq (bu şərt qeyd edilən müddət nəzərə alınmaqla hər növbəti ay üçün tətbiq edilir) hər ay 2.17 manat məbləğində banka ödəniş etməli, güzəşt müddəti bitdikdən sonra isə aylıq ödəniş müddətinə riayət edilməklə hər ay 55.25 manat məbləğində banka ödəniş edilməlidir. Borcalan öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. O, vəfat etmişdir. Astara rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 459 saylı məktubundan müəyyən edilir ki, mərhum Rzayev Arif Cəfər oğlunun vəfatından sonra kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq 0.11 ha, həyətyanı torpaq sahəsi 0.06 ha və yaşayış binasında 4 otaqlı mənzilarvadı Əsədova (Rzayeva) Simayə Fərman qızı tərəfindən istifadə edilir. Gördünüyü kimi mərhum borcalanın arvadı Əsədova (Rzayeva) Simayə Fərman qızı vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Əsədova (Rzayeva) Simayə Fərman qızına dəfələrlə şifahi və rəsmi (Pretenziya qaydasında) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdeh Əsədova (Rzayeva) Simayə Fərman qızından xx.xx.2024cü il tarixə olan maliyyə arayışına İddiaçı ASC-yə 2598.64 manat məbləğində əsas kredit borcu, 22.68 manat məbləğində faiz borcu olmaqla, cəmi 2621.32 manat məbləğində borcu qalmaqdadır. Cavabdeh Əsədova (Rzayeva) Simayə Fərman qızından 2598.64 manat məbləğində əsas kredit borcu, 22.68 manat məbləğində faiz borcu olmaqla cəmi 2621.32 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 46.22 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə Əfladdin oğlunu dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 012CASA193500009 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Rzayev Arif Cəfər oğlu arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Rzayev Arif Cəfər oğluna kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 01 il güzəşt müddəti olmaqla illik 01% olmaqla 05 il müddətinə, 2598 (iki min beş yüz doxsan səkkiz) manat 64 (altımış dörd) qəpik kredit verilmişdir. İş materiallarında olan Astara RİH-nin Şahağacı kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 459 saylı arayışından görünür ki, mərhum Rzayev Arif Cəfər oğlunun vəfatından sonra təsərrüfata məxsus kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpağ adam başına 0,11 ha, həyətyanı torpaq sahəsi 0,06 ha və yaşayış binasında dörd otaqlı mənzil arvadı X1 tərəfindən istifadə olunur. İş materialında xx.xx.2024-ci il tarixli vəkil sorğusunun cavablandırılması barədə məktubdan görünür ki, Astara rayonu, Şahağacı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2000-ci il tarixli, JN-566 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktı ilə və Astara rayonu Şahağacı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsi xx.xx.2006-cı il tarixli, JN-566A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə xx.xx.1959-cu il təvəllüdlü Rzayev Arif Cəfər oğlunun adına dövlət qeydiyyatına alınmışdır. İş materialında olan xx.xx.2023-cü il tarixli etibarnamə sənədindən görünür ki, etibarnamədə göstərilən hüquqlarının həyata keçirilməsi xx.xx.2024-cü il tarixədək Nümayəndə etibar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********31 nömrəli məxadil qəbzindən görünür ki, İddiaçı ASC iddia verilməsi üçün 46 (qırx altı) manat 22 (iyirmi iki) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“ N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarından görünür ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Həmçinin həmin qərarda qeyd olunur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Məhkəmədə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Rzayev Arif Cəfər oğlu arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Rzayev Arif Cəfər oğluna 2598 (iki min beş yüz doxsan səkkiz) manat 64 (altımış dörd) qəpik kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti mərhum borcalanın həyat yoldaşı Əsədova (Rzayeva) Simayə Fərman qızının vərəsəliyi faktiki olaraq qəbul etdiyini əsas gətirərək xx.xx.2019-cu il tarixli 012CASA193500009 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin ondan tutulması barədə tələb irəli sürmüşdür. Lakin, iddiaçı tərəfindən Rzayev Arif Cəfər oğlunun ölümünü təsdiq edən və vərəsəliyin Cavabdeh tərəfindən qəbulunu təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Rzayev Arif Cəfər oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 012CASA193500009 nömrəli kredit müqaviləsindən irəli gələn pul məbləğini Cavabdeh tələb hüququ əsaslı deyil. Şərh edilənləri və qanunvericilik normalarını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən. İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1125/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1125/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver