Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-1139/2023 06.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və qeyrilərinə qarşı “Pul tələbi barədə” kiçik iddia ərizəsinə dair mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və qeyrilərinə qarşı “Pul tələbi barədə” sadələşdirilmiş icraat materialı üzrə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aydın Hüseynov ərizə ilə Məhkəməyə müraciət edərək mübahisənin məhkəməyə qədər həll olunmasını göstərib, ərizəsinin geri qaytarılmasını xahiş etmiş, işin baxılmasında iştirak edən cavabdehlər isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və qeyrilərinə qarşı “Pul tələbi barədə” kiçik ərizəsi baxılmamış saxlanmalı və ərizə, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və qeyrilərinə qarşı “Pul tələbi barədə” kiçik iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-1139/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-1139/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver