Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1140/2023 11.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 ,Cavabdeh1 Şamil qızı və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 ,Cavabdeh1 Şamil qızı və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması» barədə iddia verərək, cavabdehlər Cavabdeh2 ,Cavabdeh1 Şamil qızı və Cavabdeh3 18 iyul 2022-ci il tarixli, **********0787 saylı kredit müqaviləsi üzrə 1370 (min üç yüz yetmiş) manat əsas borc, 352,70 (üç yüz əlli iki manat yetmiş qəpik)manat faiz borcu,124,57 (yüz iyirmi dörd manat, əlli yeddi qəpik) cəmi 1847,27 (min səkkiz yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat pulun və 38,48 manat dövlət rüsumunun alınıb İddiaçı X1 Bank Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı X1 Bank Kredit Təşkilatın ilə Cavabdeh2 arasında 18 iyul 2022-ci il tarixli, **********0787 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə 18 ay müddətinə, illik 34 faiz olmaqla 1500 (min beş yüz) manat kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 Şamil qızı ilə 18 iyul 2022-ci il tarixli **********00***-******* saylı zaminlik müqaviləsi və Cavabdeh3 ilə 18 iyul 2022-ci il tarixli **********00***-******* saylı zaminlik müqaviləsi bağlanmışdır.Lakin, cavabdehlər Cavabdeh2 ,Cavabdeh1 Şamil qızı və Cavabdeh3 kredit borclarını banka ödəməkdən yayınmış,beləliklə də 18 iyul 2022-ci il tarixli, **********0787 saylı kredit müqaviləsi üzrə 1370 (min üç yüz yetmiş) manat əsas borc, 352,70 (üç yüz əlli iki manat yetmiş qəpik)manat faiz borcu,124,57 (yüz iyirmi dörd manat, əlli yeddi qəpik) cəmi 1847,27 (min səkkiz yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat pulun və 38,48 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. 1.İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında 18 iyul 2022-ci il tarixli, **********0787 saylı kredit müqaviləsi üzrə 1500 (min beş yüz) manat məbləğində kredit müqaviləsi bağlanılmış, həmin məbləğ Cavabdeh2 verilmişdir.
2. 18 iyul 2022-ci il tarixli, **********00***-******* və **********00***-******* saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 Şamil qızı və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, **********00787 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün kreditor qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və üzərinə məsuliyyət götürmüşdür. 3.İddiaçı X1 Bank Kredit Təşkilatı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şamil qızı və Cavabdeh3 banka 18 iyul 2022-ci il tarixli, **********00787 saylı kredit müqaviləsi üzrə 1370 (min üç yüz yetmiş) manat əsas borc, 352,70 (üç yüz əlli iki manat yetmiş qəpik)manat faiz borcu,124,57 (yüz iyirmi dörd manat, əlli yeddi qəpik) cəmi 1847,27 (min səkkiz yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat pul borcu vardır.
4. Ödəniş tapşırığından görünür ki, İddiaçı X1 Bank Kredit Təşkilatının məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 38,48 (otuz səkkiz manat, qırx səkkiz qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan maddi hüquq normasını əsas götürən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 124,57 manat cərimə borcu azaldılaraq 10 manat həddində müəyyən edilməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38,48 (otuz səkkiz manat, qırx səkkiz qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.Cavabdehlər Cavabdeh2, Cavabdeh1 Şamil qızı və Cavabdeh3 banka 18 iyul 2022-ci il tarixli, **********00787 saylı kredit müqaviləsi üzrə 1370 (min üç yüz yetmiş) manat əsas borc, 352,70 (üç yüz əlli iki manat yetmiş qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu, cəmi 1732,70 (min yeddi yüz otuz iki manat yetmiş qəpik) manat pulun və 38,48 (otuz səkkiz manat, qırx səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı X1 Bank Kredit Təşkilatına ödənilsin.
2. İddia qalan hissədə təmin olunmasın. 3.Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamin İbrahimov