Məhkəmə qərarları › İş №e-2(018)-1142/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1142/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1142/2023 31.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə Cavabdeh qarşı «pul tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2412 (iki min dörd yüz on iki) manat,72 (yetmiş iki ) qəpik əsas, 356 (üç yüz əlli altı ) manat faiz, 54 (əlli dörd) qəpik faiz, cəmi 2769 (iki min yeddi yüz altmış doqquz) manat, 26 (iyirmi altı) qəpik borc və xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləsinə əsasən 174 (yüz yetmiş dörd) manat, 17 (on yeddi ) qəpik əsas borc, 48 (qırx səkkiz) manat, 96 (doxsan altı) qəpik faiz borcu, cəmi 223 (iki yüz iyirmi üç) manat, 13 (on üç) qəpik, cəmi 2992 ( iki min doqquz yüz doxsan iki), 39 (otuz doqquz) qəpik borc və 49(qırx doqquz) manat, 92(doxsan iki) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, 500 beş yüz) manat məbləğində kredit xətti ayrılmışdır. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 35 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 3030 (üç min otuz) manat məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 14 iyul 2023-cü il tarixə Kapital Bank» ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2412 (iki min dörd yüz on iki) manat,72 (yetmiş iki ) qəpik əsas, 356 (üç yüz əlli altı ) manat faiz, 54 (əlli dörd) qəpik faiz, cəmi 2769 (iki min yeddi yüz altmış doqquz) manat, 26 (iyirmi altı) qəpik borc və xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləsinə əsasən 174 (yüz yetmiş dörd) manat, 17 (on yeddi ) qəpik əsas borc, 48 (qırx səkkiz) manat, 96 (doxsan altı) qəpik faiz borcu, cəmi 223 (iki yüz iyirmi üç) manat, 13 (on üç) qəpik, cəmi 2992 ( iki min doqquz yüz doxsan iki), 39 (otuz doqquz) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 49(qırx doqquz) manat, 92(doxsan iki) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə, 500 (beş yüz) manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 35 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 3030 (üç min otuz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 14 iyul 2023-cü il tarixə Kapital Bank» ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2412 (iki min dörd yüz on iki) manat,72 (yetmiş iki ) qəpik əsas, 356 (üç yüz əlli altı ) manat faiz, 54 (əlli dörd) qəpik faiz, cəmi 2769 (iki min yeddi yüz altmış doqquz) manat, 26 (iyirmi altı) qəpik borc və xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləsinə əsasən 174 (yüz yetmiş dörd) manat, 17 (on yeddi ) qəpik əsas borc, 48 (qırx səkkiz) manat, 96 (doxsan altı) qəpik faiz borcu, cəmi 223 (iki yüz iyirmi üç) manat, 13 (on üç) qəpik, cəmi 2992 ( iki min doqquz yüz doxsan iki), 39 (otuz doqquz) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş 31 may 2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 49(qırx doqquz) manat 92 (doxsan iki) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2412 (iki min dörd yüz on iki) manat 72 (yetmiş iki ) qəpik əsas, 356 (üç yüz əlli altı ) manat 54 (əlli dörd) qəpik faiz, cəmi 2769 (iki min yeddi yüz altmış doqquz) manat 26 (iyirmi altı) qəpik borc və xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 174 (yüz yetmiş dörd) manat 17 (on yeddi ) qəpik əsas borc, 48 (qırx səkkiz) manat 96 (doxsan altı) qəpik faiz borcu, cəmi 223 (iki yüz iyirmi üç) manat, 13 (on üç) qəpik, cəmi 2992 ( iki min doqquz yüz doxsan iki) manat 39 (otuz doqquz) qəpik borc və 49 (qırx doqquz) manat 92 (doxsan iki) qəpik dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar