Məhkəmə qərarları › İş №e-2(018)-1154/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1154/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1154/2023 28.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulması barədə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC-nin etibarnamə üzrə nümayəndəsi Səlimov Elxan Cavabdeh qarşı «borcun tutulması barədənə dair» iddia verərək Cavabdeh əsas məbləğ üzrə 480 (dörd yüz səksən) manat, 72 (yetmiş iki) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 40 (qırx) manat, 99 (doxsan doqquz) qəpik, cərimə borcu üzrə 50 (əlli) manat, 31 (otuz bir) qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 02 (iki) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 04 (dörd) manat, 80 (səksən) qəpik, cəmi 578 (beş yüz yetmiş səkkiz) manat, 82 (səksən iki) qəpik məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı «X1 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış 16 iyun 2022-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi”-nə əsasən Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 (beş yüz) manat məbləğində, 5 il müddətində kredit kart limiti (xətti) ayrılmışdır. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Nəticədə Cavabdeh Banka əsas məbləğ üzrə 480 (dörd yüz səksən) manat, 72 (yetmiş iki) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 40 (qırx) manat, 99 (doxsan doqquz) qəpik, cərimə borcu üzrə 50 (əlli) manat, 31 (otuz bir) qəpik müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 02 (iki) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 04 (dörd) manat, 80 (səksən) qəpik, cəmi 578 (beş yüz yetmiş səkkiz) manat, 82 (səksən iki) qəpik məbləğində borcu yaranmışdır. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı «X1 Azərbaycan» QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 16 iyun 2022-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi”-ndən görünür ki, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 (beş yüz) manat məbləğində, 5 il müddətində kredit kartı (xətti) limiti ayrılmışdır. İş materiallarına əlavə olunmuş 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 iyun 2022-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə 25 iyul 2023-cü il tarixinə 480 (dörd yüz səksən) manat, 72 (yetmiş iki) qəpik əsas məbləğ üzrə, 40 (qırx) manat, 99 (doxsan doqquz) qəpik faiz üzrə, 50 (əlli) manat, 31 (otuz bir) qəpik cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 02 (iki) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 04 (dörd) manat, 80 (səksən) qəpik, cəmi 578 (beş yüz yetmiş səkkiz) manat, 82 (səksən iki) qəpik məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş 05 may 2023-cü il tarixli bildiriş (pretenziya) məktubundan görünür ki, cavabdehə 16 iyun 2022-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə yaranmış borcunu 5 (beş) iş günü müddətində Banka ödəməli olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 16 iyun 2022-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə iddiaçının iddia etdiyi 50 (əlli) manat, 31 (otuz bir) qəpik məbləğində dəbbə pulu azaldılaraq 05 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa Məhkəmə hesab edir ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 02 (iki) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 04 (dörd) manat, 80 (səksən) qəpik məbləğində olan pulu cavabdehdən tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ona görə də, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16 iyun 2022-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə 480 (dörd yüz səksən) manat, 72 (yetmiş iki) qəpik əsas borcu üzrə, 40 (qırx) manat, 99 (doxsan doqquz) qəpik faiz borcu üzrə, 05 (beş) manat cərimə borcu olmaqla, cəmi 526 (beş yüz iyirmi altı) manat, 71 (yetmiş bir) qəpik və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar