Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-118/2024 31.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borc» tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borc» tələbinə dair iddia qaldıraraq, Cavabdeh 5960,65 manat əsas borc, 944,48 manat faiz, 97,68 manat cərimə,cəmi 7002,81 (yeddi min iki manat,səksən bir qəpik) manat pul və 90,43 manat məbləğində dövlət rüsumunun alınıb “X1” Açıq Səhmdar Cəmiyyətinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28 iyun 2022-ci tarixli, 231nkLKN/22 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı xx.xx.2027-ci il tarixinədək, illik 18% ödəmək şərtilə 6384 AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açılmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər bir kredit müqaviləsinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borcalanın xx.xx.2022-ci il tarixli 389sLKNb/22 saylı və xx.xx.2022-ci il tarixli 9163Slkn/19 saylı kredit müqaviləsi üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə kredit vəsaitinin borclunun cari hesabına köçürülməsi, borcun akseptsiz silinməsi əməliyyatları bank hesabından çıxarışla öz əksini tapır və bunun ümün ayrıca sərəncam tələb olunmur. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka xx.xx.2023-cü il tarixinə 5960,65 (beş min doqquz yüz altmış manat, altmış beş qəpik) manat əsas borc, 944,48 (doqquz yüz qırx dörd manat, qırx səkkiz qıpik) manat faiz, 97,68 (doxsan yeddi manat, altmış səkkiz qəpik) manat cərimə, cəmi 7002,81 (yeddi min iki manat, səksən bir qəpik) manat məbləğində borcu yaranmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti sonda Cavabdeh ilə aralarında bağlanmış 28 iyun 2022-ci il tarixli, 231nkLKN/22 saylı kredit müqaviləsi xeyrinə 5960,65 (beş min doqquz yüz altmış manat, altmış beş qəpik) manat əsas borc, 944,48 (doqquz yüz qırx dörd manat, qırx səkkiz qıpik) manat faiz, 97,68 (doxsan yeddi manat, altmış səkkiz qəpik) manat cərimə, cəmi 7002,81 (yeddi min iki manat, səksən bir qəpik) manat məbləğində pulun, 90,43 (doxsan manat, qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxaraq iddialarının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşin halları:
1. 28 iyun 2022-ci il tarixli, 231nkLKN/22saylı kredit müqaviləsindən görünür ki, “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 18 faizlə 60 ay müddətinə 6384 (altı min üç yüz səksən dörd) manat məbləğində kredit verilmişdir.
2. “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə banka 5960,65 (beş min doqquz yüz altmış manat, altmış beş qəpik) manat əsas borc, 944,48 (doqquz yüz qırx dörd manat, qırx səkkiz qıpik) manat faiz, 97,68 (doxsan yeddi manat, altmış səkkiz qəpik) manat cərimə, cəmi 7002,81 (yeddi min iki manat, səksən bir qəpik) manat borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki,iddiaçı tərəfindən Cavabdeh illik 18 faizlə 60 ay müddətinə 6384 (altı min üç yüz səksən dörd) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməmiş ,nəticədə onun banka 5960,65 (beş min doqquz yüz altmış manat, altmış beş qəpik) manat əsas borc, 944,48 (doqquz yüz qırx dörd manat, qırx səkkiz qıpik) manat faiz, 97,68 (doxsan yeddi manat, altmış səkkiz qəpik) manat cərimə, cəmi 7002,81 (yeddi min iki manat, səksən bir qəpik) manat borcu yaranmışdır. Tətbiq edilən hüquq:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
2. Mülki Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
3. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
4. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
5. Qeyd olunan Məcəllənin 448.1.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarını və qeyd olunan maddi hüquq normalarını əsas götürən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 5960,65 (beş min doqquz yüz altmış manat,altmış beş qəpik) manat əsas borc, 944,48 (doqquz yüz qırx dörd manat,qırx səkkiz qəpik) manat faiz manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan maddi hüquq normasını əsas götürən məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi 97,68 manat cərimə borcu azaldılaraq 5 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 90,43 (doxsan manat,qırx üç qəpik) manat dövlət rüsumu da onun xeyrinə müştərək qaydada cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin.
1. Cavabdeh 5960,65 (beş min doqquz yüz altmış manat,altmış beş qəpik) manat məbləğində əsas kredit borcu, 944,48 (doqquz yüz qırx dörd manat,qırx səkkiz qəpik) manat məbləğində faiz borcu və 5 (beş) manat cərimə borcu, ümumilikdə 6910,13 (altı min doqquz yüz on manat, on üç qəpik) manat pul və 90,43 (doxsan manat,qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinə verilsin.
2. İddia qalan hissədə təmin olunmasın.
3. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov