Məhkəmə qərarları › İş №e-2(018)-1188/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1188/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1188/2025 04.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1 ,Cavabdeh3 və Cavabdeh5 qızına qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, X3, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qızından xx.xx.2019-cu il tarixli FR/21905/73/16 saylı müqaviləyə əsasən 343.56 manat əsas 0.25 manat faiz 0 manat cərimə borcu cəmi 343.81 manat və 30 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi X7 iddianı müdafiə edərək, iddialarının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, Murtuzayeva Ünbülbanu Təəccub qızı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli FR/21905/73/16 saylı, müqaviləyə əsasən 344.23 manat, məbləğində kredit verilmişdir. Hazırda mərhum Murtuzayeva Ünbülbanu Təəccub qızı 343.81 manat borcu vardır. Murtuzayeva Ünbülbanu Təəccub qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Astara rayon notariat ofisinin asan xidmət notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən Murtuzayeva Ünbülbanu Təəccub qızı vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Odur ki, Cavabdeh2, X3 və Cavabdeh1 ,Cavabdeh3 , Cavabdeh5 qızından xx.xx.2019cu il tarixli FR/21905/73/16 saylı müqaviləyə əsasən 343.56 manat əsas 0.25 manat faiz 0 manat cərimə borcu cəmi 343.81 manat və 30 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1 ,Cavabdeh3 və Cavabdeh5 qızına qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1 ,Cavabdeh3 və Cavabdeh5 qızı məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1 ,Cavabdeh3 və Cavabdeh5 qızının iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsi X4 dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, FR/21905/73/16 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdeh X1 60 ay müddətinə, 344.23 manat məbləğində krediti verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 343,56 manat məbləğində əsas borcun, 0.25 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-644 № ilə qeyd edilən şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Murtuzayeva Ünbülbanu Təəccub qızının vərəsələri Cavabdeh2, X3, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 qızı miras əmlakdan bərabər hissədə irs almalıdırlar. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V- 644 № ilə qeyd edilən şəhadətnamənin surətindən görünür ki, Səncərədi kəndi ünvanında yerləşən ümumi sahəsi 1.11 ha olan torpaq sahəsindən mərhum Murtuzayeva Ünbülbanu Təəccub qızına çatası torpaq payından ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamə sənədinin surətindən görünür ki, X6 İddiaçı ASC-ni təmsil etmək və etibarnamədə qeyd edilən digər səlahiyyətlərin həyata keçirilməsi etibar edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, kreditor mərhum Murtuzayeva Ünbülbanu Təəccub qızı kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almış vəxx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V- 644 № ilə qeyd edilən şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Murtuzayeva Ünbülbanu Təəccub qızının vərəsələri Cavabdeh2, X3, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 qızı miras əmlakdan bərabər hissədə irs almışlar..Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 qızından tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənləri və cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, Cavabdeh2, X3, Cavabdeh1 ,Cavabdeh3 və Cavabdeh5 qızından, müştərək qaydada, 343 (üç yüz qırx üç) manat 56 qəpik əsas borc, 25 qəpik faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1 ,Cavabdeh3 və Cavabdeh5 qızından, müştərək qaydada, 343 (üç yüz qırx üç) manat 56 qəpik əsas borc, 25 qəpik faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar