Məhkəmə qərarları › İş №e-2(018)-1189/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1189/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1189/2023 19.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi barədə» iddia verərək 08 avqust 2019-cu il tarixli, L-BK-0047883-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyətinin xeyrinə 4177 (dörd min bir yüz yetmiş yedi) manat 54 (əlli dörd) qəpik əsas kredit borcun, 810 (səkkiz yüz on) manat, 44 (qırx dörd) qəpik faiz borcu, 119 (bir yüz on doqquz) manat, 79 (yetmiş doqquz) qəpik cərimə və 320 (üç yüz iyirmi) manat, 28 (iyirmi səkkiz) manat zərər (əldən cıxmış fayda) olmaqla, cəmi 5428 (beş min dördyüz iyirmi səkkiz) manat, 05 (beş) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 75 (yetmiş beş) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə imzaladığı iddia ərizəsinin surətindən məlum olur ki, Cavabdeh ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, L-BK-0047883-F saylı Kredit müqaviləsinə əsasən bank borcluya 12 ay müddətinə, aylıq 3%, illik 36% olmaqla 6650 (altı min altı yüz əlli) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 02 avqust 2023-cü il tarixə Cavabdeh 4177 (dörd min bir yüz yetmiş yedi) manat 54 (əlli dörd) qəpik əsas kredit borcun, 810 (səkkiz yüz on) manat, 44 (qırx dörd) qəpik faiz borcu, 119 (bir yüz on doqquz) manat, 79 (yetmiş doqquz) qəpik cərimə və 320 (üç yüz iyirmi) manat, 28 (iyirmi səkkiz) manat zərər (əldən cıxmış fayda) olmaqla, cəmi 5428 (beş min dördyüz iyirmi səkkiz) manat, 05 (beş) qəpik borcu yaranmışdır. 320 (üç yüz iyirmi) manat, 28 (iyirmi səkkiz) manat zərər (əldən cıxmış fayda) isə 08 avqust 2019-cu il tarixli, L-BK-0047883-F saylı Kredit müqaviləsinin 6.7-ci maddəsinə əsasən hesablanmışdır. Ona görə də o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyətinin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 75 (yetmiş beş) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyətinin Bakı filalı ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, L- BK-0047883-F saylı Kredit müqaviləsindən və 08 avqust 2019-cu il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 12 ay müddətinə, aylıq 3%, illik 36% olmaqla 6650 (altı min altı yüz əlli) manat məbləğində kredit vermişdir. Mülki işə əlavə edilmiş 02 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, L-BK-0047883-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 4177 (dörd min bir yüz yetmiş yedi) manat 54 (əlli dörd) qəpik əsas kredit borcun, 810 (səkkiz yüz on) manat, 44 (qırx dörd) qəpik faiz borcu, 119 (bir yüz on doqquz) manat, 79 (yetmiş doqquz) qəpik cərimə və 320 (üç yüz iyirmi) manat, 28 (iyirmi səkkiz) manat zərər (əldən cıxmış fayda) olmaqla, cəmi 5428 (beş min dördyüz iyirmi səkkiz) manat, 05 (beş) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş 05 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh cəmi 5428 (beş min dördyüz iyirmi səkkiz) manat, 05 (beş) qəpik borcu olduğu barədə bildirilmişdir və 5 gün ərzində borcunu ödəmək tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 119 (bir yüz on doqquz) manat, 79 (yetmiş doqquz) qəpik cərimə azaldılaraq 20 (iyirmi) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 108 avqust 2019-cu il tarixli, L- BK-0047883-F saylı Kredit müqaviləsi üzrə cavabdehdən 119 (bir yüz on doqquz) manat, 79 (yetmiş doqquz) qəpik məbləğində cərimə tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 20 (iyirmi) manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyətinin Bakı filalı ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, L-BK-0047883-F saylı Kredit müqaviləsinə əsasən bank Cavabdeh 12 ay müddətinə, aylıq 3%, illik 36% olmaqla 6650 (altı min altı yüz əlli) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 124.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 75 (yetmiş beş) manat dövlət rüsumuna görə 70 (yetmiş) manat pul onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddiası qismən təmin edilsin. Cavabdeh 4177 (dörd min bir yüz yetmiş yedi) manat 54 (əlli dörd) qəpik əsas kredit borcun, 810 (səkkiz yüz on) manat, 44 (qırx dörd) qəpik faiz borcu, 20 (iyirmi) manat cərimə və 320 (üç yüz iyirmi) manat, 28 (iyirmi səkkiz) manat zərər (əldən cıxmış fayda) olmaqla, cəmi 5328 (beş min üç yüz iyirmi səkkiz) manat, 26 (iyirmi altı) qəpik və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı «X3» Məhdut Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi 99 (doxsan doqquz) manat, 26 (iyirmi altı) qəpik hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar