Məhkəmə qərarları › İş №e-2(018)-119/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-119/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-119/2025 18.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X14 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinin nümayəndəsu X11, cavabdeh X1 nümayəndəsi X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinin cavabdeh X2 qarşı meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinin cavabdeh X2 qarşı meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinin nümayəndəsu X11 iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi.İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzi iddia ərizəsində göstərmişdir ki, Astara rayonu Marzasəy kənd sakini X12 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş müraciəti 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Mərkəzin əmkdaşları tərəfindən 18 iyul 2024-cü il və 25 iyul 2024-cü il tarixində araşdırılan zaman məlum olmuşdur ki , Astara rayonu Vaqo kənd sakini Osmanağa Qurbanov 2005-ci ildə rayonun keçmiş “Fioletov” sovxozunun 6.03 hektar sitrus meyvə bağını kənd bələdiyyəsindən alqı satqı yolu ilə satın almışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Osmanağa Qurbanov sözügedən 6.03 ha əraziyə həyat yoldaşıX1 adına RX seriyalı, № ******* saylı (Daşınmaz Əmlakın reyestri nömrəsi **********92) nömrəli çıxarışın verilməsi müəyyən olunmuşdur. Çıxarışda göstərilən koordinatlar hansı hissədə Dövlət meşə fondu sahəsi ilə üst-üstə düşməsini müəyyən etməkdən ötrü dönqə nöqtələri götürülərək xx.xx.2024-cü il tarixində Meşələrin İnkişafı Xidmətinə göndərilmişdir. Təqdim olunan koordinatların 4 (dörd) ədədi Dövlət meşə fonduna düşərək Mərkəzin Əsxənəkəran meşəbəyliyinin 6 saylı meşə dolayının 27-ci kvartalı olması və 1.38 hektar ərazinin zəbt olunması müəyyən edilmişdir. X2 10 (gün) gun müddətində ərazinin əvvəlki vəziyyətə gətirilərək Mərkəzə təhvil verilməsi ilə bağlı 12 sentyabr 2024-cü il tarixində məktub ünvanlanmışdır.X2 verilmiş RX seriyalı, № ******* saylı çıxarış ləğv edilməsi, Əsxənəkəran meşəbəyliyinin 6 saylı meşə dolayının 27-ci kvartalında zəbt olunmuş 1.38 hektar ərazi 1 saylı X7 Mərkəzinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh X1 nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, onlar əlavə heç bir torpaq sahəsi zəbt etməyiblər. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 bildirdi ki, 1 saylı X9 Mərkəzi tərəfindən "X3 adına 2018-ci ildə verilmilən RX № ******* saylı saxta ÇİXARİŞ ləğv edilməsin ilə bağlı iddia tələbi mənim şikayyətim əsasında qaldırılmışdır. Belə ki, Əsxənəkəran meşəbəyliyinin 27-ci kvartal 6-cı dolayında yerləşən meşə fond torpaq sahəsini qanunsuz mənimsəmək niyyəti ilə əvvələr Bələdiyyə sədri işləmiş, Astara rayon Sığaluni kənd sakini olan X4 vəzifə səlahiyyətini aşmaqla fürsətdən bilavasitə öz xeyri üçün faydalanmış və Daşınmaz Əmlakın 10 saylı Lənkəran Regional İdarəsinin üzdəniraq məmurları ilə əl-bir olub sözügedən meşə fənd ərazinin 6.03 ha-na aid ÇİXARİŞ almışdır. X3 adına verilmiş həmin meşə fond ərazisinə aid saxta ÇİXARİŞın koordinatları hazırda qanunsuz zəbt etmiş olduğu əraziyə deyil, kənar ərazidə məskunlaşan (ev tikmiş) kənd sakinlərinin istifadəsində olan sahəyə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanılmış müqavilə sayəsində şəxsin istifadəsinə verilmiş sahəni əhatə edir. Belə ki, 2018-ci ildə verilmiş RX № ******* saylı saxta ÇİXARİŞın meşə fond ərazisinə aid verilməsini mövcud qanunvericilik qadağan etsədə, Daşınmaz Əmlanın 10 saylı Lənkəran Regional İdarəsinin əvvəlik məmurları və RMTM-nin əməkdaşları sözügedən meşə fond torpaq sahələrini sadaladığım şəkildə satılmışlar. X5 faktiki istifadəsində olan qanunsuz zəbt edilmiş olduğu ərazi 14 ha. təşkil edir. Buna baxmayaraq Qurbanova Həqiqətin ÇİXARİŞını əhatə edən koordinatlar, hazırda qanunsuz zəbt etmiş olduğu ərazinin koordinatlarına daxil deyildir.Bu halların araşdırılmasını tələb edir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinin cavabdeh X2 qarşı meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 99.2-ci maddəsinə görə ekspertiza ekspert idarələrinin işçiləri və ya məhkəmə tərəfindən tapşırılan digər mütəxəssislər tərəfindən keçirilir. Bu səbəbdəndə ekspertiza təyin olunması və iş materiallarını Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 97-103, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinin cavabdeh X2 qarşı meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsin. Ekspertlərin qarşısında aşağıdakı sual qoyulsun:

1. X1 19 noyabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətlərində olan Astara rayonu, Sığaloni kəndində yerləşən 6,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələri və kordinatları üzrə yeri (naturada) üst-üstə düşürmü?

2. X1 19 noyabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətlərində olan Astara rayonu, Sığaloni kəndində yerləşən 6,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 Mərkəzinə aid torpaq sahəsi ilə (naturada) üst-üstə düşürmü? Əgər kəsişmə varsa hansı ölçüdə?

Ekspertizanın aparılması və müvafiq ekspertiza rəyinin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin. İş üzrə ekspertiza zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri dəvət edilsin. İş üzrə dəvət edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfində nmütəxəssis rəyi alındıqdan sonra mülki iş müvafiq ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilsin. Ekspertiza aparılarkən iş üçün əhəmiyyətli olan, haqqında sual qoyulmayan halların müəyyən edilməsi və bu barədə mülahizələrini öz rəyinə daxil etmək vəzifəsi ekspertlərin öhdəsinə buraxılsın. Ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsin. Ekspertizanın aparılması üçün 2(018)-181/2025 nömrəli mülki iş ekspertin sərəncamına göndərilsin.

Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar