Məhkəmə qərarları › İş №e-2(018)-1192/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1192/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1192/2025 30.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)180619-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 5.137,87 (beş min yüz otuz yeddi manat 87 qəpik) manat məbləğində borcun-bundan 4.932,29 (dörd min doqquz yüz 32 manat 29 qəpik) manatı əsas borc və 205,58 (iki yüz beş manat 58 qəpik) manatı isə müqavilə müddəti üçün hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 71.38 (yetmiş bir manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh4 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 18 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)180619-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 9 yanvar 2014-cü il tarixli İL-02080/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 4.935,43 (dörd min doqquz yüz otuz beş manat 43 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh4 kredit verilərkən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 18 iyun 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.2- ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh4 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və bildirişlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh4 18 iyun 2019-cu il tarixli MBNP 021- 7137890FİMSA(B)180619-01 nömrəli kredit müqaviləsi üzrə 6 mart 2024-cü il tarixə banka ödənilməmiş cəmi 5.137,87 (beş min yüz otuz yeddi manat 87 qəpik) manat məbləğində borcu vardır. Bundan 4.932,29 (dörd min doqquz yüz 32 manat 29 qəpik) manatı əsas borc və 205,58 (iki yüz beş manat 58 qəpik) manatı isə müqavilə müddəti üçün hesablanmış faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, lakin hissə-hissə ödəmək imkanında olduğunu bildirmişdir. Cavabdeh2 Cavabdeh4 izahatına uyğun izahat verərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gələməmiş, məhkəmə iclasında iştirak etməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehləri dinləyib, iddia ərizəsini, iddianın dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 iyun 2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)180619-01 nömrəli Kredit müqaviləsindən görünür ki, Cavabdeh4 9 yanvar 2014-cü il tarixli İL-02080/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 4.935,43 (dörd min doqquz yüz otuz beş manat 43 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 18 iyun 2019-cu il tarixli, ***-*******FİMSA(B)180619- 01/ZM/1 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 18 iyun 2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)180619-01 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 18 iyun 2019-cu il tarixli, ***-*******FİMSA(B)180619- 01/ZM/2 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 18 iyun 2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)180619-01 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 18 iyun 2019-cu il tarixli, ***-*******FİMSA(B)180619- 01/ZM/3 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 18 iyun 2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)180619-01 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 27 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 18 iyun 2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)180619-01 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh4 İddiaçı ASCyə 06 mart 2024-cü il tarixə müqavilə müddəti üçün 4932.29 manat məbləğində əsas borc, 205.58 manat məbləğində faiz borcu olmaqla, cəmi 5137.87 manat məbləğində cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş 18 mart 2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir. İş materiallarına əlavə edilmiş 18 iyun 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, LPO İddiaçı ASC tərəfindən 71.38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı Qərarından görünür ki, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 18 iyun 2019-cu il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh4 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 18 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)180619-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 9 yanvar 2014-cü il tarixli İL-02080/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 4.935,43 (dörd min doqquz yüz otuz beş manat 43 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Lakin, Cavabdeh4 kredit borcunu banka ödəməkdən yayınmış, LPO İddiaçı ASC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanılmış, həmin müqavilələr ilə zaminlər Cavabdeh4 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda onun öhdəliklərini yerinə yetirməyi öz öhdələrinə götürmüşlər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Zaminlər isə Cavabdeh4 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasına təminat vermişlər. Buna görə də cavabdehlər, onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi tam təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 71.38 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4.932,29 (dörd min doqquz yüz 32 manat 29 qəpik) manat əsas borc və 205,58 (iki yüz beş manat 58 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 5.137,87 (beş min yüz otuz yeddi manat 87 qəpik) manat məbləğində borc və 71.38 (yetmiş bir manat otuz səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar