Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1193/2023 30.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşünası Nümayəndə Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 4569 (dörd min beş yüz altmış doqquz) manat, 70 (yetmiş) qəpik əsas məbləğ üzrə, 535 (beş yüz otuz beş) manat, 64 (altmış dörd) qəpik faiz üzrə və 03 (üç) manat 69 (altmış doqquz) qəpik cərimə olmaqla, cəmi 5109 (beş min bir yüz doqquz) manat, 03 (üç) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 71 (yetmiş bir) manat, 50 (əlli) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə imzaladığı iddia ərizəsindən məlum olur ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2022-ci il tarixli 242nkLKN/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 20 sentyabr 2026-cı il tarixədək, illik 20% ödəmək şərtilə 4694 (dörd min altı yüz doxsan dörd) manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Həticədə Cavabdeh 01 avqust 2023cü il tarixə 4569 (dörd min beş yüz altmış doqquz) manat, 70 (yetmiş) qəpik əsas məbləğ üzrə, 535 (beş yüz otuz beş) manat, 64 (altmış dörd) qəpik faiz üzrə və 03 (üç) manat 69 (altmış doqquz) qəpik cərimə olmaqla, cəmi 5109 (beş min bir yüz doqquz) manat, 03 (üç) qəpik borcu yaranmışdır. Borcunu ödəməsi barədə ona bildiriş göndərməsinə baxmayarq o, borcunu ödəməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 71 (yetmiş bir) manat, 50 (əlli) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 21 iyul 2022-ci il tarixli 242nkLKN/22 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 20 sentyabr 2026-cı il tarixədək, illik 20% ödəmək şərtilə 4694 (dörd min altı yüz doxsan dörd) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 01 avqust 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 21 iyul 2022-ci il tarixli 242nkLKN/22 saylı kredit və bank hesabı müqaviləsi üzrə 4569 (dörd min beş yüz altmış doqquz) manat, 70 (yetmiş) qəpik əsas məbləğ üzrə, 535 (beş yüz otuz beş) manat, 64 (altmış dörd) qəpik faiz üzrə və 03 (üç) manat 69 (altmış doqquz) qəpik cərimə olmaqla, cəmi 5109 (beş min bir yüz doqquz) manat, 03 (üç) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 21 iyul 2022-ci il tarixli 242nkLKN/22 saylı kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti arasında bağlanmış 21 iyul 2022-ci il tarixli 242nkLKN/22 nömrəli kredit müqaviləsi əsasən bank borcluya 20 sentyabr 2026-cı il tarixədək, illik 20% ödəmək şərtilə 4694 (dörd min altı yüz doxsan dörd) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün ödənilmiş dövlət rüsumuna görə 71 (yetmiş bir) manat, 50 (əlli) qəpik cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21 iyul 2022-ci il tarixli 242nkLKN/22 saylı kredit və bank hesabı müqaviləsi üzrə 4569 (dörd min beş yüz altmış doqquz) manat, 70 (yetmiş) qəpik əsas məbləğ üzrə, 535 (beş yüz otuz beş) manat, 64 (altmış dörd) qəpik faiz üzrə və 03 (üç) manat 69 (altmış doqquz) qəpik cərimə olmaqla, cəmi 5109 (beş min bir yüz doqquz) manat, 03 (üç) qəpik və ödənilmiş dövlət rüsumuna görə 71 (yetmiş bir) manat, 50 (əlli) qəpik alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-1193/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1193/2023
30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver