Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1203/2023 18.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X3 İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1854 (min səkkiz yüz əlli dörd) manat 11 (on bir) qəpik əsas kredit borcu, 14 (on dörd) manat 55 (əəlibeş) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1868 (min səkkiz yüz altmış səkkiz) manat 66 (altmış altı) qəpik borcu və 38 (otuz səkkiz) manat 69 (altmış doqquz) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 012CASA193470035 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh bir il güzəşt müddəti olmaqla, beş il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1854 (min səkkiz yüz əlli dörd) manat 11 (on bir) qəpik məbləğində kredit verilmişdir. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmamışdır. xx.xx.2019-cu il tarixli, 012CASA193470035 saylı güzəştli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin, xx.xx.2019-cu il tarixli, 012CASA193470035 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixinə 1854 (min səkkiz yüz əlli dörd) manat 11 (on bir) qəpik əsas kredit borcu və 14 (on dörd) manat 55 (əəlibeş) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1868 (min səkkiz yüz altmış səkkiz) manat 66 (altmış altı) qəpik borcu qalmaqdadır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1854 (min səkkiz yüz əlli dörd) manat 11 (on bir) qəpik əsas kredit borcu, 14 (on dörd) manat 55 (əəlibeş) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1868 (min səkkiz yüz altmış səkkiz) manat 66 (altmış altı) qəpik borcu və 38 (otuz səkkiz) manat 69 (altmış doqquz) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 38 (otuz səkkiz) manat 69 (altmış doqquz) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 012CASA193470035 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh bank müştəriyə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 1854 (min səkkiz yüz əlli dörd) manat 11 (on bir) qəpik məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38 (otuz səkkiz) manat 69 (altmış doqquz) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 012CASA193470035 saylı güzəştli kredit müqaviləsi üzrə 1854 (min səkkiz yüz əlli dörd) manat 11 (on bir) qəpik əsas borc,14 (on dörd) manat 55 (əəlibeş) qəpik faiz borcu, cəmi 1868 (min səkkiz yüz altmış səkkiz) manat 66 (altmış altı) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 38 (otuz səkkiz) manat 69 (altmış doqquz) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-1203/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1203/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver