Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1211/2023 02.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşünası Nümayəndə Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 1039 (bir min otuz doqquz) manat, 87 (səksən yeddi) qəpik əsas məbləğ üzrə, 16 (on altı) manat, 94 (doxsan dörd) qəpik faiz üzrə, cəmi 1056 (bir min əlli altı) manat, 81 (səksən bir) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, 97 (doxsan yeddi) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə prosesinin iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə hazırkı mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti ilə borcalan X4 arasında bağlanmış 07 sentyabr 2020-ci il tarixli, 8086sLKN/19 saylı kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit), 10000 (on min) manatadək məbləğdə kredit limiti ayrılır. Borcalan isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit xəttindən istifadəyə görə maksimum 2% nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Borcalan 10 noyabr 2020-ci il tarixdə ölmüşdür. Cavabdeh isə mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 57 (əlli yeddi) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 07 sentyabr 2020-ci il tarixli, 8086sLKN/19 saylı kredit müqaviləsindən görünür ki, borcalan X3 60 ay müddətinə(36 ay kredit xətti, 24 ay kredit), 10000 (on min) manatadək məbləğdə kredit limiti ayrılır. Borcalan isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit xəttindən istifadəyə görə maksimum 2% nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. İş materiallarına əlavə olunmuş 07 avqust 2023-cü il tarixli arayışından görünür ki, cavabdeh X2 07 sentyabr 2020-ci il tarixli 8086sLKN/19 saylı kredit və bank hesabı müqaviləsi üzrə 1039 (bir min otuz doqquz) manat, 87 (səksən yeddi) qəpik əsas məbləğ üzrə, 16 (on altı) manat, 94 (doxsan dörd) qəpik faiz üzrə, cəmi 1056 (bir min əlli altı) manat, 81 (səksən bir) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə borcalan arasında bağlanmış 07 sentyabr 2020-ci il tarixli 8086sLKN/19 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. İş materiallarına əlavə olunmuş 22 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, Cavabdeh mərhum X2 vərəsəsi kimi tanınmışdır. Göründüyü kimi "xxxx" KB ASC ilə borcalan X4 arasında bağlanmış 07 sentyabr 2020-ci il tarixli 8086sLKN/19 saylı kredit müqaviləsi üzrə 1039 (bir min otuz doqquz) manat, 87 (səksən yeddi) qəpik əsas məbləğ üzrə, 16 (on altı) manat, 94 (doxsan dörd) qəpik faiz üzrə, cəmi 1056 (bir min əlli altı) manat, 81 (səksən bir) qəpik borc yaranmışdır. X1 ölmüş və onun hüquqi varisi kimi isə Cavabdeh tanınmışdır. Ona görə də, yuxarıda qeyd edilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1.-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi- vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, 1056 (bir min əlli altı) manat, 81 (səksən bir) qəpik məbləğində olan iddia tələbi üçün ödənilməli olan dövlət rüsumu 30 (otuz) manat, 57 (əlli yeddi) qəpik məbləğində təşkil etdiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07 sentyabr 2020-ci il tarixli 8086sLKN/19 saylı kredit və bank hesabı müqaviləsi üzrə 1039 (bir min otuz doqquz) manat, 87 (səksən yeddi) qəpik əsas məbləğ üzrə, 16 (on altı) manat, 94 (doxsan dörd) qəpik faiz üzrə və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat, 57 (əlli yeddi) qəpik hissəsi alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia dövlət rüsumunun 40 (qırx) manat qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1211/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1211/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver