Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1213/2023 16.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə cavabdeh X3 qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi barədə» iddia verərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11989 (on bir min doqquz yüz səksən doqquz) manat, 26 (iyirmi altı) qəpik əsas kredit borcun, 2520 (iki min beş yüz iyirmi) manat, 14 (on dprd) qəpik faiz borcu, 277 (iki yüz yetmiş yeddi) manat, 16 (on altı) qəpik cərimə olmaqla, cəmi 14786 (on dörd min yeddi yüz səksən altı) manat, 59 (əlli altı) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdi və məhkəmə iclasında göstərdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, CC/55630/86/16 nömrəli kredit sazişinə (kredit müqaviləsinə) əsasən bank borcluya 48 ay müddətinə illik 23% olmaqla 12500 (on iki min beş yüz) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 06 avqust 2023-cü il tarixə Cavabdeh 11989 (on bir min doqquz yüz səksən doqquz) manat, 26 (iyirmi altı) qəpik əsas kredit borcun, 2520 (iki min beş yüz iyirmi) manat, 14 (on dprd) qəpik faiz borcu, 277 (iki yüz yetmiş yeddi) manat, 16 (on altı) qəpik cərimə olmaqla, cəmi 14786 (on dörd min yeddi yüz səksən altı) manat, 59 (əlli altı) qəpik borcu yaranmışdır. Ona görə də o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələri səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 135 (yüz otuz beş) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC-nin Sumqayıt filalı ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, CC/55630/86/16 nömrəli kredit sazişindən və 08 iyun 2022-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 23% olmaqla 12500 (on iki min beş yüz) manat məbləğində kredit vermişdir. Mülki işə əlavə edilmiş 06 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, CC/55630/86/16 nömrəli müqaviləyə əsasən 11989 (on bir min doqquz yüz səksən doqquz) manat, 26 (iyirmi altı) qəpik əsas kredit borcun, 2520 (iki min beş yüz iyirmi) manat, 14 (on dprd) qəpik faiz borcu, 277 (iki yüz yetmiş yeddi) manat, 16 (on altı) qəpik cərimə olmaqla, cəmi 14786 (on dörd min yeddi yüz səksən altı) manat, 59 (əlli altı) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh na 11989 (on bir min doqquz yüz səksən doqquz) manat, 26 (iyirmi altı) qəpik əsas kredit borcun, 2520 (iki min beş yüz iyirmi) manat, 14 (on dprd) qəpik faiz borcu, 277 (iki yüz yetmiş yeddi) manat, 16 (on altı) qəpik cərimə olmaqla, cəmi 14786 (on dörd min yeddi yüz səksən altı) manat, 59 (əlli altı) qəpik borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 277 (iki yüz yetmiş yeddi) manat, 16 (on altı) qəpik cərimə azaldılaraq 50 (əlli) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 08 iyun 2022-ci il tarixli, CC/55630/86/16 nömrəli kredit sazişi üzrə cavabdehdən 277 (iki yüz yetmiş yeddi) manat, 16 (on altı) qəpik məbləğində cərimə tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 50 (əlli) həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli, CC/55630/86/16 nömrəli kredit sazişinə əsasən bank borcluya 48 ay müddətinə illik 23% olmaqla 12500 (on iki min beş yüz) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 124.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 135 (yüz otuz beş) manat dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat pul onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddiası qismən təmin edilsin. Cavabdeh 11989 (on bir min doqquz yüz səksən doqquz) manat, 26 (iyirmi altı) qəpik əsas kredit borcun, 2520 (iki min beş yüz iyirmi) manat, 14 (on dprd) qəpik faiz borcu, 50 (əlli) manat cərimə olmaqla, cəmi 14559 (on dörd min beş yüz əlli doqquz) manat, 40 (qırx) qəpik və ödənilmiş dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi 227 (iki yüz əlli yeddi) manat, 16 (on altı) qəpik hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-1213/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1213/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver