Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1227/2023 14.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 və Cavabdeh1dan 5705.42 manat əsas, 285.07 manat faiz və 58.51 cərimə olmaqla, cəmi 6049 (altı min qırx doqquz) manat və ödənilmiş 311 (səksən bir) manat dövlət rüsumunun tutularaq iddiaçı “Azərbaycan Mikro-Kredit BOKT" MMC-rıin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Yaşar Nəcəfov elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxıb iddialarının təmin edilməsini xahiş etmişlər. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC cavabdeh X8 arasında bağtenmş xx.xx.2022-ci il N00005917-2022 saylı kredit müqaviləsinə əsasən, cavabdeh X5 istehlak təyinatlı rnəhsul və xidmətlərin alışı üçün 36 ay müddətinə, ilk 25% ödəmək şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Kredliı təminatı olaraq, cavabdeh X10 xx.xx.2022-ci il tarixdə, ZM1-H00005917-2022 saylı zaminik müqaviləsi bağlanmışdır. Zamini müqaviləsinin 1.1 bəndinə əsasən zamin Cavabdeh1, borclu X7 kreditor təşkilat qarşısında yaranmış öhdəliyini tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında era etmiş obada, cavabdeh X7 24.08 2022-ci il tarixli, ZM1- H00005917-2022 savli kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etrnəmişdr,Dəfələrlə cavabehə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməsi barədə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayarq, bir müsbət nəticəsi olmamşdır.Hazırda, xx.xx.2023-cü il tarixli maliyyə arayşına əsasən cavabdeh X3 iddiaçı "xxxx" MMC-yə 5705.42 manat əsas, 285.07 manat faiz və 58 51 manat cərimə olmaqla, cəmi 6049 manat kredit borcu qalmaqdadır. Cavabdeh X7 və Cavabdeh1dan 5705.42 manat əsas, 285.07 manat faiz və 58.51 cərimə olmaqla, cəmi 6049 (altı min qırx doqquz) manat və ödənilmiş 311 (səksən bir) manat dövlət rüsumunun tutularaq iddiaçı bevcan Mikro-Kredit BOKT" MMC-rıin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdeh X9 iddianı qismən qəbul edərək bildirdi ki, iddianın cərimə hissəsindən başqa digər hissələrədə qəbul edir. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdeh X6 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləki, iş materiallarında olan "xxxx" MMC cavabdeh X7 arasında bağlanmış xx.xx.2022-ci il N00005917-2022 saylı kredit müqaviləsinə əsasən, cavabdeh X5 istehlak təyinatlı rnəhsul və xidmətlərin alışı üçün 36 ay müddətinə, ilk 25% ödəmək şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 36 ay müddətinə, aylıq ödəniş 279,81 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh1 və X1, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5705 (beş min yeddi yüz beş) manat əsas borc, 285 (iki yüz səksən beş) manat 07 qəpik faiz, 08 (səkkiz) manat 51 qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 81 (səksən bir) manat məbləğdə pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 və X1, müştərək qaydada, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5705 (beş min yeddi yüz beş) manat əsas borc, 285 (iki yüz səksən beş) manat 07 qəpik faiz, 08 (səkkiz) manat 51 qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 81 (səksən bir) manat məbləğdə pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1227/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1227/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver