Məhkəmə qərarları › İş №e-2(018)-1242/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1242/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1242/2025 11.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı LPO İddiaçı Kommersiya Bankı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 və Quliyeva (İmanzadə) Tamara Ağabuli qızına qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmənatlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 və Quliyeva (İmanzadə) Tamara Ağabuli qızına qarşı «borc tələbi barədə» iddia verərək, 02 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)240719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 1804 (bir min səkkiz yüz dörd) manat 84 (səksən dörd) qəpik məbləğində borcun-bundan 1725 ( min yeddi yüz iyirmi beş) manat 16 (on altı) qəpik əsas borcun və 79 (yetmiş doqquz) manat 68 (altmış səkkiz) qəpik kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 38 (otuz səkkiz) 05 (beş) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 və Quliyeva (İmanzadə) Tamara Ağabuli qızından birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh2 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 02 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)020719- 01 nömrəli kredit müqaviləsinə əsasən 22 aprel 2014-cü il tarixli İL-03480/14 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün Cavabdeh2 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 1.902,80 (bir min doqquz yüz iki manat 80 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1, Cavabdeh3 və Quliyeva (İmanzadə) Tamara Ağabuli qızı ilə bank arasında 02 iyul 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh2kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 21 fevral 2025-ci il tarixli 12-5/2-Ə- 41- 3083/2025 nömrəli bildirişlərlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bu səbəbdən də Cavabdeh2 oğlunun 02 iyul 2019-cu il tarixli MBNP 021- 7219812FİMSA(B)240719-01 nömrəlikredit müqaviləsi üzrə 4 iyun 2025-ci il tarixə banka ödənilməmiş cəmi 1804 (bir min səkkiz yüz dörd) manat 84 (səksən dörd) qəpik məbləğində borcu vardır. Bundan 1725 ( min yeddi yüz iyirmi beş) manat 16 (on altı) qəpikı əsas borc və 79 (yetmiş doqquz) manat 68 (altmış səkkiz) qəpiki isə kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Odur ki, 02 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)240719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 1804 (bir min səkkiz yüz dörd) manat 84 (səksən dörd) qəpik məbləğində borcun-bundan 1725 ( min yeddi yüz iyirmi beş) manat 16 (on altı) qəpik əsas borcun və 79 (yetmiş doqquz) manat 68 (altmış səkkiz) qəpik kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 38 (otuz səkkiz) 05 (beş) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 və Quliyeva (İmanzadə) Tamara Ağabuli qızından birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 38 (otuz səkkiz) manat 05 (beş) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli, İL-03480/14 saylı kredit müqaviləsindən görünür ki, “Bank” Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 və Quliyeva (İmanzadə) Tamara Ağabuli qızına 1902 (min doqquz yüz iki) manat 80 (səksən) qəpik kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 və Quliyeva (İmanzadə) Tamara Ağabuli qızının İL- 03480/14 saylı kredit müqaviləsi üzrə 1725 (min yeddi yüz iyirmi beş) manat 16 (on altı) qəpik əsas məbləğ üzrə, 79 (yetmiş doqquz) manat 68 (altmış səkkiz) qəpik faiz üzrə borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İL-03480/14 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Quliyeva (İmanzadə) Tamara Ağabuli qızından müştərək qaydada, xx.xx.2014-cü il tarixli, İL-03480/14 saylı kredit müqaviləsi üzrə1725 ( min yeddi yüz iyirmi beş) manat 16 (on altı) qəpik əsas borc və 79 (yetmiş doqquz) manat 68 (altmış səkkiz) qəpik kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 38 (otuz səkkiz) 05 (beş) qəpik məbləğdə pul vəsaiti alınıb İddiaçı KB ASC-nin xeyrinə tutulmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 38 (otuz səkkiz) manat 05 (beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Quliyeva (İmanzadə) Tamara Ağabuli qızından, müştərək qaydada, xx.xx.2014-cü il tarixli, İL-03480/14 saylı kredit müqaviləsi üzrə 1725 ( min yeddi yüz iyirmi beş) manat 16 (on altı) qəpik əsas borc, 79 (yetmiş doqquz) manat 68 (altmış səkkiz) qəpik kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 38 (otuz səkkiz) 05 (beş) qəpik məbləğdə pul vəsaiti alınıb İddiaçı KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar