Məhkəmə qərarları › İş №e-2(018)-1245/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1245/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1245/2025 08.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddia verərək, cəmi borc 1.741,83 (bir min yeddi yüz qırx bir dollar səksən üç sent) ABŞ dolları - bundan 370,86 (üç yüz yetmiş dollar, səksən altı sent) ABŞ dolları əsas, 258,31 (iki yüz əlli səkkiz dollar, otuz bir sent) ABŞ dolları faiz, 1.060,56 (bir min altmış dollar, əlli altı sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,10 (əlli iki dollar, on sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 49,62 (qırx doqquz manat, altmış iki qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 3.800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 190004292/ZM saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin kredit müqaviləsinə 09 aprel 2015-ci il tarixdə 234-RE saylı Əlavə Saziş bağlanmışdır. Müqaviləyə Əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 2.850,14 (iki min səkkiz yüz əlli dollar, on dörd sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə 05 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2.785,45 (iki min yeddi yüz səksən beş dollar, qırx beş sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə bank tərəfindən dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-B-41-7983/2025 saylı, xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 1.741,83 (bir min yeddi yüz qırx bir dollar, səksən üç sent) ABŞ dolları təşkil edir. Bundan 370,86 (üç yüz yetmiş dollar, səksən altı sent) ABŞ dolları əsas, 258,31 (iki yüz əlli səkkiz dollar, otuz bir sent) ABŞ dolları faiz, 1.060,56 (bir min altmış dollar, əlli altı sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,10 (əlli iki dollar, on sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 3.800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan Cavabdeh1 ilə Bank arasında 190004292/ZM saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Əliyev X1 Seymur Akif oğlu tərəfindən ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1.4-cü bəndində Zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya Zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsi razılaşdırılmışdır. İş materiallarında olan, 09 aprel 2015-ci il tarixdə 234-RE saylı Əlavə sazişdən görünür ki, ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə Əlavə Saziş bağlanmış və ********* saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləğinin 2.850,14 (iki min səkkiz yüz əlli dollar, on dörd sent) ABŞ dolları təşkil etdiyi, kreditin müddətinin xx.xx.2017-ci il tarixədək təyin olunması razılaşdırılmışdır. İş materiallarında olan, 09 aprel 2015-ci il tarixdə 234-RE saylı Əlavə sazişdən görünür ki, ********* saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə Əlavə Saziş bağlanmış və əlavə Sazişə əsasən Cavabdeh1 ilə edilmiş dəyişiklərlə bağlı zamin kimi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan, 05 iyul 2017-ci il tarixdə 02 nömrəli əlavə sazişdən görünür ki, ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 05 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2.785,45 (iki min yeddi yüz səksən beş dollar, qırx beş sent) ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz)% ödənilir. Həmin Sazişin 2.2-ci bəndi ilə saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istinsna olmaqla müqavilənin digər bəndlərinin dəyişdirilmədən öz qüvvəsində qalması Borcalanla razılaşdırılmışdır. İş materiallarında olan, 05 iyul 2017-ci il tarixdə 02 nömrəli əlavə sazişdən görünür ki, ********* saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə 05 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2.785,45 (iki min yeddi yüz səksən beş dollar, qırx beş sent) ABŞ dolları təşkil etməsi, Restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2022-ci il tarixədək təyin edilməsi, Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz)% ödəniləcəyi barədə Cavabdeh3 məlumatlandırılmış, əlavə sazişi imzalamaqla müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Sazişin 2.2-ci bəndi ilə saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istinsna olmaqla müqavilənin digər bəndlərinin dəyişdirilmədən öz qüvvəsində qalması razılaşdırılmışdır. İş materiallarında olan, 05 iyul 2017-ci il tarixdə 02 nömrəli əlavə sazişdən görünür ki, ********* saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə 05 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2.785,45 (iki min yeddi yüz səksən beş dollar, qırx beş sent) ABŞ dolları təşkil etməsi, Restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2022-ci il tarixədək təyin edilməsi, Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz)% ödəniləcəyi barədə Cavabdeh1 məlumatlandırılmış, əlavə sazişi imzalamaqla müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Sazişin 2.2-ci bəndi ilə saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istinsna olmaqla müqavilənin digər bəndlərinin dəyişdirilmədən öz qüvvəsində qalması razılaşdırılmışdır. İş materiallarında olan, Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X3 banka 06 avqust 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 370,86 (üç yüz yetmiş dollar, səksən altı sent) ABŞ dolları əsas, 258,31 (iki yüz əlli səkkiz dollar, otuz bir sent) ABŞ dolları faiz, 1.060,56 (bir min altmış dollar, əlli altı sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 52,10 (əlli iki dollar, on sent) ABŞ dolları faiz borcu, cəmi 1.741,83 (bir min yeddi yüz qırx bir dollar səksən üç sent) ABŞ dolları məbləğində borcludur. İş materiallarında olan, ödəniş tapşırığından görünür ki, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 49,62 (qırx doqquz manat, altmış iki qəpik) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə borc barədə bildiriş göndərilmiş, ödəniş edilmədiyi təqdirdə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477-ci maddəsinə əsasən, zaminliyə 477.0.1 zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 3.800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 190004292/ZM saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə 09 aprel 2015-ci il tarixdə 234-RE saylı Əlavə Saziş bağlanmışdır.Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Daha sonra həmin Kredit müqaviləsinə 05 iyul 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2785,45 (iki min yeddi yüz səksən beş dollar, qırx beş sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Həmin Sazişlə saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istinsna olmaqla müqavilənin digər bəndlərinin dəyişdirilmədən öz qüvvəsində qalması razılaşdırılmışdır. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndində isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya Zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsi razılaşdırılmış və bu bənd sonradan imzalanan Əlavə Sazişlə dəyişdirilməmiş, qüvvədə qalmışdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə zaminlərdən də, borcun tutulmasının tələb edilməsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tələbi zaminlərdən də borc pulun tutulması hissəsində əsassızdır. Belə ki, tələb üzrə restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndində isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya Zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsi razılaşdırılmış və bu bənd sonradan imzalanan Əlavə Sazişlə dəyişdirilməmiş, qüvvədə qalmışdır. Kreditin icra müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən 1 il müddət ərzində isə Kreditor olan bank tərəfindən zaminlərə qarşı iddia verilməmişdir. Qanunvericiliyə əsasən isə, qeyd edilən 1 il müddət kəsici müddət olaraq qəbul olunur və iddia müddətindən fərqli olaraq cavabdehin müddətin tətbiqi barədə ərizə verməsi əsasında deyil də, məhkəmə tərəfindən tətbiq edilir. Belə ki, kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu səbəbdən həm zaminlik müqaviləsinin tələbindən, həm də qanunvericiliyin tələbindən irəli gələrək zaminlik müqavilələri xitam verilmiş hesab olunmalı, zaminlərə münasibətdə iddia tələbi rədd edilməlidir. İddia tələbinin həcminə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi 1060,56 (min altmış dollar, əlli altı sent) ABŞ dolları məbləğində dəbbə pulu silinərək 10 (on) ABŞ dolları həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 49,62 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 370,86 (üç yüz yetmiş dollar, səksən altı sent) ABŞ dolları əsas, 258,31 (iki yüz əlli səkkiz dollar, otuz bir sent) ABŞ dolları faiz, 10 (iyirmi) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52,10 (əlli iki dollar, on sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 691,27 (altı yüz doxsan bir dollar, iyirmi yeddi sent ) ABŞ dolları məbləğində pul (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etiyi məzənnəyə uyğun olaraq manatla) və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar