Məhkəmə qərarları › İş №e-2(018)-125/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-125/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-125/2025 28.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8429 (səkkiz min dörd yüz iyirmi doqquz) manat 89 (səksən doqquz) qəpik məbləğində əsas borcun, 930 (doqquz yüz otuz) manat 05 (beş) qəpik məbləğində faiz borcunun, 366 (üç yüz altmış altı) manat 95 (doxsan beş) qəpik məbləğində cərimə borcunun, cəmi 9726 (doqquz min yeddi yüz iyirmi altı) manat 89 (səksən doqquz) qəpik borcun və 120 (yüz iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, iddialarının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 19% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8429.89 manat məbləğində əsas borcun, 930.05 manat məbləğində faiz borcunun, 366.95 manat məbləğində cərimə borcunun, cəmi 9726.89 manat borcun və 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, qazidir və həmin kredit məbləğini işdən çıxarıldıqdan sonra ödəməyə maddi imkanı olmamamışdır. Məhkəmə tərəfindən qeyd edilən halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, CP/34290/91/35 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 19% ödəmək şərtilə 10000 (on min) manat məbləğində nağd pul krediti verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, CP/34290/91/35 saylı kredit müqaviləsinə 01 nömrəli əlavə-ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 10000 (on min) manat kredit verilmiş və aylar üzrə ödəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 8429 (səkkiz min dörd yüz iyirmi doqquz) manat 89 (səksən doqquz) qəpik məbləğində əsas borcun, 930 (doqquz yüz otuz) manat 05 (beş) qəpik məbləğində faiz borcunun, 366 (üç yüz altmış altı) manat 95 (doxsan beş) qəpik məbləğində cərimə borcunun, cəmi 9726 (doqquz min yeddi yüz iyirmi altı) manat 89 (səksən doqquz) qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 8429 (səkkiz min dörd yüz iyirmi doqquz) manat 89 (səksən doqquz) qəpik məbləğində əsas borcun, 930 (doqquz yüz otuz) manat 05 (beş) qəpik məbləğində faiz borcunun, 366 (üç yüz altmış altı) manat 95 (doxsan beş) qəpik məbləğində cərimə borcunun, cəmi 9726 (doqquz min yeddi yüz iyirmi altı) manat 89 (səksən doqquz) qəpik borcu vardır. Cavabdeh tərəfindən İddiaçı ASC-yə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamə sənədinin surətindən görünür ki, X3 Bank of Baku” ASC-ni təmsil etmək və etibarnamədə qeyd edilən digər səlahiyyətlərin həyata keçirilməsi etibar edilmişdir. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdə Astara şəhərində anadan olmuşdur. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün 120 (yüz iyirmi) manat dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri Cavabdeh tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, CP/34290/91/35 saylı kredit müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 366 (üç yüz altmış altı) manat 95 (doxsan beş) qəpik məbləğində cərimə pulu azaldılaraq 06 (altı) manat 95 (doxsan beş) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənləri və cavabdehin iddianı qismən qəbul etməsini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 8429 (səkkiz min dörd yüz iyirmi doqquz) manat 89 (səksən doqquz) qəpik əsas borc, 930 (doqquz yüz otuz) manat 05 (beş) qəpik faiz borcu, 06 (altı) manat 95 (doxsan beş) qəpik cərimə borcu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 120 (yüz iyirmi) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8429 (səkkiz min dörd yüz iyirmi doqquz) manat 89 (səksən doqquz) qəpik əsas borc, 930 (doqquz yüz otuz) manat 05 (beş) qəpik faiz borcu, 06 (altı) manat 95 (doxsan beş) qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar