Məhkəmə qərarları › İş №e-2(018)-1255/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1255/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1255/2024 29.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun,hakim köməkçisi X2 iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondu Cavabdeh qarşı «borc qaytarılması tələbinə» dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı LPO İddiaçı ASC-nin X1 Fondu Cavabdeh qarşı «borc tələbinə» dair iddia verərək, Cavabdeh xx.xx.2015-ci il tarixli,190007255 saylı kredit müqaviləsinə əsasən, iddiaçının xeyrinə 843,30 (səkkiz yüz qırx üç manat,otuz qəpik) manat əsas borc,14,64 (on dörd manat,altmış dörd qəpik) manat faiz borcu, 10,53 (on manat,əlli üç qəpik) manat cərimə borcu olmaqla,kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 126 (yüz iyirmi altı) manat faiz borcu, cəmi 994,47 (doqquz yüz doxsan yeddi manat,qırx yeddi qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) məbləğində pul vəsaitinin iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. LPO İddiaçı ASC-nin X1 Fondu Lənkəran filialı ilə Cavabdeh arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 1.800 (bir min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 344- RF saylı Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 1.682,63 (bir min altı yüz səksən iki ABŞ dolları 63 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında LM101900045 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan bank tərəfindən Tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 843,30 (səkkiz yüz qırx üç Manat 30 qəpik) Manat məbləği 24 (iyirmi dörd) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 994,47 (doqquz yüz doxsan dörd Manat 47 qəpik) Manat təşkil edir. Bundan 843,30 (səkkiz yüz qırx üç Manat 30 qəpik) Manat əsas, 14,64 (on dörd Manat 64 qəpik) manat faiz, 10,53 (on Manat 53 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 126 (bir yüz iyirmi altı) Manat faiz borcu təşkil edir. Belə ki, mülki işə əlavə edilmiş ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı KB ASC cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 31 (otuz bir) faiz dərəcəsi ilə 1.800 (bir min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmanətlərin sığortalanması fondunun arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli,190007255 saylı kredit saylı kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-nin X1 Fonduna 843,30 (səkkiz yüz qırx üç manat,otuz qəpik) manat əsas borc,14,64 (on dörd manat,altmış dörd qəpik) manat faiz borcu, 10,53 (on manat,əlli üç qəpik) manat cərimə borcu olmaqla,kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 126 (yüz iyirmi altı) manat faiz borcu, cəmi 994,47 (doqquz yüz doxsan yeddi manat,qırx yeddi qəpik) manat borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, LPO İddiaçı ASC-nin X1 Fondu ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli,190007255 saylı kredit saylı müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka yaranmış borcun məbləği və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondu adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit vərazılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİM: İddia təmin edilsin. LPO İddiaçı ASC-nin X1 Fondu Cavabdeh qarşı «borc tələbinə» dair iddia verərək, Cavabdeh xx.xx.2015-ci il tarixli,190007255 saylı kredit müqaviləsinə əsasən, iddiaçının xeyrinə 843,30 (səkkiz yüz qırx üç manat,otuz qəpik) manat əsas borc,14,64 (on dörd manat,altmış dörd qəpik) manat faiz borcu, 10,53 (on manat,əlli üç qəpik) manat cərimə borcu olmaqla,kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 126 (yüz iyirmi altı) manat faiz borcu, cəmi 994,47 (doqquz yüz doxsan yeddi manat,qırx yeddi qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) məbləğində pul vəsaitinin iddiaçı LPO İddiaçı ASC-nin X1 Fondunun xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar