Məhkəmə qərarları › İş №e-2(018)-1274/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1274/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1274/2023 30.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimiMəmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı “Finca Azərbaijan” X10 X4 cavabdehlər Cavabdeh1 və X5 qarşı «borc tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı “Finca Azərbaijan” X10 X4 cavabdehlər Cavabdeh1 və X5 qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 5034 (beş min otuz dörd) manat əsas borc, 1128 (bir min bir yüz iyirmi səkkiz) manat, 92 (doxsan iki) qəpik faiz borcu və 170 (bir yüz yetmiş) manat, 64 (altmış dörd) qəpik cərimə olmaqla, cəmi 6333 (altı min üç yüz otuz üç) manat, 56 (əlli altı) qəpik məbləğində pulun və 83 (səksən üç) manat, 34 (otuz dörd) qəpik dövlət rüsumunun “Finca Azərbaijan” MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı“Finca Azərbaijan” MM QBKT-nin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iştirak etmədi. O, məhkəməyə teleqram ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə“Finca Azərbaijan” MM QBKT arasında 12 oktyabr 2022-ci il tarixində **********0913 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 5800 (beş min səkkiz yüz) manat məbləğində kredit verilmişdir.Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 314 (üç yüz on dörd) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsi ilə X9 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində iddiaçı “Finca Azərbaijan” X10 X6 5034 (beş min otuz dörd) manat əsas borc, 1128 (bir min bir yüz iyirmi səkkiz) manat, 92 (doxsan iki) qəpik faiz borcu və 170 (bir yüz yetmiş) manat, 64 (altmış dörd) qəpik cərimə olmaqla, cəmi 6333 (altı min üç yüz otuz üç) manat, 56 (əlli altı) qəpik məbləğində borcları yaranmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və X9 məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməiş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “Finca Azərbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixində **********0913 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 5800 (beş min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, X1 Teymur Əskər oğlunun 12 oktyabr 2022-ci il tarixində **********0913 nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin təminatı kimi zamin durmuşdur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 12 oktyabr 2022-ci il tarixində **********0913 nömrəli kredit müqaviləsi üzrəaylıq ödəniş məbləği 314 (üç yüz on dörd) manat təşkil etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 07 avqust 2023-cü il tarixə cavabdehlərin “Finca Azərbaijan” X10 X6 5034 (beş min otuz dörd) manat əsas borc, 1128 (bir min bir yüz iyirmi səkkiz) manat, 92 (doxsan iki) qəpik faiz borcu və 170 (bir yüz yetmiş) manat, 64 (altmış dörd) qəpik cərimə olmaqla, cəmi 6333 (altı min üç yüz otuz üç) manat, 56 (əlli altı) qəpik məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə borclarını ödəməli olmaları barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 170 (bir yüz yetmiş) manat, 64 (altmış dörd) qəpik cərimə azaldılaraq 30 (otuz) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 12 oktyabr 2022-ci il tarixində **********0913 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 170 (bir yüz yetmiş) manat, 64 (altmış dörd) qəpik məbləğində cərimə tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 30 (otuz) manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişlər və beləliklə də, iddiaçı “Finca Azərbaijan” MM QBKT-nə “Finca Azərbaijan” X10 X6 5034 (beş min otuz dörd) manat əsas borc, 1128 (bir min bir yüz iyirmi səkkiz) manat, 92 (doxsan iki) qəpik faiz borcu və 170 (bir yüz yetmiş) manat, 64 (altmış dörd) qəpik cərimə olmaqla, cəmi 6333 (altı min üç yüz otuz üç) manat, 56 (əlli altı) qəpik məbləğində borcları yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən iddiaçı banka olan borc müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 83 (səksən üç) manat, 34 (otuz dörd) qəpik dövlət rüsumunun 75 (yetmiş beş) manat hissəsi da onun xeyrinə müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddiaçı “Finca Azərbaijan” X10 X4 cavabdehlər Cavabdeh1 və X5 qarşı «borc tələbinə dair» iddiası qismən təmin edilsin. 12 oktyabr 2022-ci il tarixində **********0913 nömrəli kredit müqaviləsi üzrə 5034 (beş min otuz dörd) manat əsas borc, 1128 (bir min bir yüz iyirmi səkkiz) manat, 92 (doxsan iki) qəpik faiz borcu və 30 (otuz) manat cərimə olmaqla, cəmi 6232 (altı min iki yüz otuz iki) manat, 92 (doxsan iki) qəpik məbləğində kredit borcu və odənilmiş dövlət rüsumuna görə 75 (yetmiş beş) manat pul cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutularaq iddiaçı “Finca Azərbaijan” MM QBKT-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov. AZƏRBAYCAN RESPUBLİKASİ İddiaçı: “Finca Azərbaijan” MM QBKT-nə ASTARA RAYON Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı MƏHKƏMƏSİ küç.44, Caspian Plaza 3, 8-ci mərtəbə AZ-0700 Astara şəhəri H.Əliyevprospekti 7 Cavabdehlər: Cavabdeh1 Tel: (025) 225-24-30 X3 Fax: (025 ) 225-24-40 X7 Astara rayonu, Ərçivan qəsəbəsi № 2(018)-311/2021 “24” 02 2020-ciil Astara Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(018)-311/2021 saylı qətnamənin surəti məlumat ücün Sizə göndərilir. Qoşma: qətnaməninın surəti “_02_” vərəqə. Astara rayon Məhkəməsinin hakimi: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar