Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1275/2024 30.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 3194,80 (üç min yüz doxsan dörd manat,səksən qəpik) manat əsas məbləğ üzrə, 814,19 (səkkiz yüz on dörd manat,on doqquz qəpik) manat faiz üzrə, 194,58 (yüz doxsan dörd manat,əlli səkkiz qəpik) manat cərimə üzrə cəmi 4203,57 (dörd min iki yüz üç manat,əlli yeddi qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 62,44 (altmış iki manat,qırx dörd qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin 01U/21 saylı,xx.xx.2021-ci il tarixli tarixli bank xidmətlərini təqdim edilməsinə dair ümumi ofertası əsasında "xxxx" KB ASC tərəfindən cavabdeh istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində 36 ay müddətində illik 29,5 % ödəmək şərtilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit xətti açılmışdır.Cavabdeh xx.xx.2022-ci il tarixində ərizə imzalamaqla Unibank” KB ASCnin rəsmi internet səhifəsində yerləşdirilmiş 01U/21 saylı,xx.xx.2021-ci il tarixli tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir.Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 3194,80 (üç min yüz doxsan dörd manat,səksən qəpik) manat əsas məbləğ üzrə, 814,19 (səkkiz yüz on dörd manat,on doqquz qəpik) manat faiz üzrə, 194,58 (yüz doxsan dörd manat,əlli səkkiz qəpik) manat cərimə üzrə cəmi 4203,57 (dörd min iki yüz üç manat,əlli yeddi qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 62,44 (altmış iki manat,qırx dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10488nkNARb/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Unibank” KB ASC-yə 3194,80 (üç min yüz doxsan dörd manat,səksən qəpik) manat əsas məbləğ üzrə, 814,19 (səkkiz yüz on dörd manat,on doqquz qəpik) manat faiz üzrə, 194,58 (yüz doxsan dörd manat,əlli səkkiz qəpik) manat cərimə üzrə cəmi 4203,57 (dörd min iki yüz üç manat,əlli yeddi qəpik) manat borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli,10488nkNARb/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, 10488nkNARb/22 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 194,58 (yüz doxsan dörd manat,əlli səkkiz qəpik) manat məbləğində dəbbə pulu azaldılaraq 20 (iyirmi) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 62,44 (altmış iki manat,qırx dörd qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3194,80 (üç min yüz doxsan dörd manat,səksən qəpik) manat əsas məbləğ üzrə, 814,19 (səkkiz yüz on dörd manat,on doqquz qəpik) manat faiz üzrə, 20 (iyirmi) manat cərimə üzrə, cəmi 4028,99 (dörd min iyirmi səkkiz manat,doxsan doqquz qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 62,44 (altmış iki manat,qırx dörd qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən:Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1275/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1275/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver