Məhkəmə qərarları › İş №e-2(018)-1276/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1276/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1276/2023 03.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc tələbi» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Hüquqi Dəstək şöbəsinin rəisi Mansur Osmanov Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, Cavabdeh 02 noyabr 2021-ci il tarixli, NSKRK- 02101 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 995 (doqquz yüz doxsan beş) manat, 78 (yetmiş səkkiz) qəpik, faiz borcuna görə 5 (beş) manat, 83 (səksən üç) qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1001 (bir min bir) manat, 61 (altmış bir) qəpik məbləğində pulun və 30 (otuz) manat, 02 (iki) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, NSKRK-02101 saylı kredit müqaviləsinə əsasən illik 25% dərəcəsi olmaqla, 24 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli, NSKRK-02101 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli kreditin ödəniş cədvəli əsasında, hər ayın 02-dən gec olmayaraq hər ay 54 (əlli dörd) manat, 29 (iyirmi doqquz) qəpik ödəniş etməli olduğu halda cavabdeh öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Maliyyə arayışına əsasən Cavabdeh Banka kredit müqaviləsi üzrə kredit borcuna görə 995 (doqquz yüz doxsan beş) manat, 78 (yetmiş səkkiz) qəpik, faiz borcuna görə 5 (beş) manat, 83 (səksən üç) qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1001 (bir min bir) manat, 61 (altmış bir) qəpik məbləğində borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 02 (iki) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 02 noyabr 2021-ci il tarixli, NSKRK-02101 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən Cavabdeh illik 25% dərəcəsi olmaqla, 24 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 16 avqust 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 02 noyabr 2021-ci il tarixli, NSKRK-02101 saylı kredit müqaviləsi üzrə 16 avqust 2023-cü il tarixinə 995 (doqquz yüz doxsan beş) manat, 78 (yetmiş səkkiz) qəpik əsas məbləğ üzrə, 5 (beş) manat, 83 (səksən üç) qəpik faiz üzrə, cəmi 1001 (bir min bir) manat, 61 (altmış bir) qəpik məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdehə 02 noyabr 2021-ci il tarixli, NSKRK-02101 saylı kredit müqaviləsi üzrə yaranmış borcu 3 (üç) iş günü müddətində Banka ödəməli olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat, 02 (iki) qəpik dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02 noyabr 2021-ci il tarixli, NSKRK-02101 saylı kredit müqaviləsi üzrə 995 (doqquz yüz doxsan beş) manat, 78 (yetmiş səkkiz) qəpik əsas məbləğ üzrə, 5 (beş) manat, 83 (səksən üç) qəpik faiz üzrə, cəmi 1001 (bir min bir) manat, 61 (altmış bir) qəpik və 30 (otuz) manat, 02 (iki) qəpik ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar