Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-1278/2024 31.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi, hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi barədə” iddia ərizəsinə dair mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında müəyyən etdi: İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, Cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsinin göstərişini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1278/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-1278/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver