Məhkəmə qərarları › İş №e-2(018)-1279/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1279/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1279/2024 31.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh Sail oğluna qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh Sail oğluna qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddia verərək, Cavabdeh Sail oğlundan xx.xx.2023-cü il tarixli, 718-ADK-0564-23 saylı kredit müqaviləsi üzrə 990 (doqquz yüz doxsan) manat əsas borc,70,43 (yetmiş manat,qırx üç qəpik) manat faiz borcu və 34 (otuz dörd) manat dövlət rüsumu,ümumillikdə 1094,43 (min doxsan dörd manat,qırx üç qəpik) manat alınıb "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh Sail oğlu arasında xx.xx.2023-cü il tarixli, 718-ADK-0564-23 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə 18 ay müddətinə qaytarmaq şərti ilə 990 (doqquz yüz doxsan) manat kredit verilmişdir. Cavabdeh Sail oğlu həmin sazişə uyğun olaraq öz üzərinə məsuliyyət götürmüşdür. Lakin, Cavabdeh Sail oğlu kredit borclarını banka ödəməkdən yayınmış, beləliklə də xx.xx.2023-cü il tarixli, 718-ADK-0564-23 saylı kredit müqaviləsi üzrə 990 (doqquz yüz doxsan) manat əsas borc,70,43 (yetmiş manat,qırx üç qəpik) manat faiz borcu və 34 (otuz dörd) dövlət rüsumu,ümumillikdə 1094,43 (min doxsan dörd manat,qırx üç qəpik) manat alınıb "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır.

1. "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh Sail oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 718-ADK-0564-23 saylı kredit müqaviləsi üzrə 990 (doqquz yüz doxsan) manat məbləğində kredit müqaviləsi bağlanılmış, həmin məbləğ Cavabdeh Sail oğluna verilmişdir.

2. "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh Sail oğlunun banka xx.xx.2023-cü il tarixli, 718-ADK- 0564-23 saylı kredit müqaviləsi üzrə 990 (doqquz yüz doxsan) manat əsas borc, 70,43 (yetmiş manat,qırx üç qəpik) manat faiz borcu borcu vardır.

3. Ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 34 (otuz dörd) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 34 (otuz dörd) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sail oğlundan xx.xx.2023-cü il tarixli, 718-ADK-0564-23 saylı kredit müqaviləsi üzrə 990 (doqquz yüz doxsan) manat əsas borc,70,43 (yetmiş manat,qırx üç qəpik) manat faiz borcu və 34 (otuz dörd) manat dövlət rüsumu,ümumillikdə 1094,43 (min doxsan dörd manat,qırx üç qəpik) manat tutularaq "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar