Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1281/2024 31.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi X2 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «Kredit müqaviləsi üzrə borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh qarşı «Kredit müqaviləsi üzrə borc tələbinə dair» tələbi barədə iddia verərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 346369-CNS-54508 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 16 aprel 2024-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 346369-CNS-35604 saylı müqaviləsi üzrə 3392,13 (üç min üç yüz doxsan iki manat,on üç qəpik) manat məbləğində əsas borc, 65,49 (altmış beş manat,qırx doqquz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 3457,62 (üç min dörd yüz əlli iki manat,altmış iki qəpik) manat məbləğinin, 54,58 (əlli dörd manat,əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2024-cü il tarixli 346369-CNS-54508 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a xx.xx.2024-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 346369-CNS-35604 saylı müqaviləsi üzrə müştəri ərizəsi ilə Bank VTB (Azərbaycan)» ASC-yə müraciət etmiş və ona istehlak məqsədilə illik 5% hesablanması şərtilə, 59 ay müddətinə 3392,13 (üç min üç yüz doxsan iki manat,on üç qəpik) manat məbləğində kredit vəsaiti verilmişdir. Lakin, Cavabdeh xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 3392,13 (üç min üç yüz doxsan iki manat,on üç qəpik) manat məbləğində əsas borc, 65,49 (altmış beş manat,qırx doqquz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 3457,62 (üç min dörd yüz əlli iki manat,altmış iki qəpik) manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 54,58 (əlli dörd manat,əlli səkkiz qəpik) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 346369-CNS-54508 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 16 aprel 2024-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 346369-CNS-35604 saylı müqaviləsindən görünür ki, cavabdehə istehlak məqsədilə illik 5% hesablanması şərtilə, 59 ay müddətinə 3392,13 (üç min üç yüz doxsan iki manat,on üç qəpik) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh banka xx.xx.2024-cü il tarixli 346369-CNS-54508 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a xx.xx.2024-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 346369-CNS-35604 saylı müqaviləsi üzrə müştəri ərizəsi ilə Bank VTB (Azərbaycan)» ASC-yə müraciət etmiş və ona istehlak məqsədilə illik 5% hesablanması şərtilə,59 ay müddətinə 3392,13 (üç min üç yüz doxsan iki manat,on üç qəpik) manat məbləğində kredit vəsaiti verilmişdir. Lakin, Cavabdeh xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 3392,13 (üç min üç yüz doxsan iki manat,on üç qəpik) manat məbləğində əsas borc, 65,49 (altmış beş manat,qırx doqquz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 3457,62 (üç min dörd yüz əlli iki manat,altmış iki qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 54,58 (əlli dörd manat,əlli səkkiz qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3392,13 (üç min üç yüz doxsan iki manat,on üç qəpik) manat məbləğində əsas borc, 65,49 (altmış beş manat,qırx doqquz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 3457,62 (üç min dörd yüz əlli iki manat,altmış iki qəpik) manat və 54,58 (əlli dörd manat,əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1281/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1281/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver