Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1283/2023 10.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X4 İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı «pul tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1 və X2 qarşı «pul tələbinə dair» iddia verərək, Cavabdeh1 və X1, müştərək qaydada, İddiaçı ASC-nin xeyrinə 0 (sıfır) manat, 115 (yüz on beş) manat 52 (əlli iki) qəpik faiz, cəmi 115 (yüz on beş) manat 52 (əlli iki) qəpik məbləğində vəsaitin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 31% dərəcəsi ilə 2600 (iki min altı yüz) manat olan məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı kimi isə İddiaçı ASC X3 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlamışdır. Lakin, Cavabdeh1 müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 0 (sıfır) manat, 115 (yüz on beş) manat 52 (əlli iki) qəpik faiz, cəmi 115 (yüz on beş) manat 52 (əlli iki) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli, 029CASA133170005 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 31% dərəcəsi ilə 2600 (iki min altı yüz) manat olan məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli, 029FİZAM39786401 saylı zaminlik müqaviləsindən görünür ki, X3 xx.xx.2013-cü il tarixli, 029FİZAM39786401 saylı kredit kartına dair müqaviləsi üzrə Borcalanın Bank qarşısında yaranmış öhdəliyin tamamilə icra edilməsi üçün məsuliyyəti və Bank qarşısında Borcalanla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1nun xx.xx.2023cü il tarixə xx.xx.2013-cü il tarixli, 029CASA133170005 saylı kredit müqaviləsi üzrə 0 (sıfır) manat, 115 (yüz on beş) manat 52 (əlli iki) qəpik faiz, cəmi 115 (yüz on beş) manat 52 (əlli iki) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və X1, müştərək qaydada, xx.xx.2013-cü il tarixli, 029CASA133170005 saylı kredit müqaviləsi üzrə 115 (yüz on beş) manat 52 (əlli iki) qəpik faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-1283/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1283/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver