Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1285/2024 09.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit üzrə borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanılmış 2020***-*******02 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 48 ay müddətinə illik 16.5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7500 manat məbləğində kredit verilmişdir.
2. "xxxx" BOKT MMC ilə İddiaçı ASC arasında bağlanmış 224022230- 20***-*******02 saylı xx.xx.2023-cü il tarixli “tələbin güzəştinə dair müqaviləyə” əsasən, Cavabdeh2 ilə bağlanmış 2020***-*******02 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüquqlarını, o cümlədən digər hüquq və vəzifələrini tam olaraq İddiaçı ASC-yə güzəşt etmişdir.
3. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 12FİZAM129118001 saylı zaminlik müqaviləsi bağlanmış və kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
4. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməyi öhtəsinə götürmüşdür. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 6345.36 manat əsas kredit borcu, 416.23 manat kreditdən istifadəyə görə faiz borcu, 28.36 manat cərimə borcu olmaqla cəmi 6789.95 manat borcu qalmışdır.
5. Cavabdehlərə dəfələrlə şifahi və pretenziya müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
6. İddiaçı 6345,36 (altı min üç yüz qırx beş manat, otuz altı qəpik) manat əsas borc, 416,23 (dör yüz on altı manat, iyirmi üç qəpik) manat faiz, 28,36 (iyirmi səkkiz manat, otuz altı qəpik) manat cərimə borcu, cəmi 6789,95 (altı min yeddi yüz səksən doqquz manat, doxsan beş qəpik) manat pul və 87,90 (səksən yeddi manat, doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanılmış 2020***-*******02 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 48 ay müddətinə illik 16.5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7500 manat məbləğində kredit verilmişdir. "xxxx" BOKT MMC ilə İddiaçı ASC arasında bağlanmış 224022230- 20***-*******02 saylı xx.xx.2023-cü il tarixli “tələbin güzəştinə dair müqaviləyə” əsasən, Cavabdeh2 ilə bağlanmış 2020***-*******02 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüquqlarını, o cümlədən digər hüquq və vəzifələrini tam olaraq İddiaçı ASC-yə güzəşt etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 12FİZAM129118001 saylı zaminlik müqaviləsi bağlanmış və kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməyi öhtəsinə götürmüşdür. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 6345.36 manat əsas kredit borcu, 416.23 manat kreditdən istifadəyə görə faiz borcu, 28.36 manat cərimə borcu olmaqla cəmi 6789.95 manat borcu qalmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişlər.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
14. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
15. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
16. Maddə 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
17. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
25. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanılmış 2020***-*******02 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 48 ay müddətinə illik 16.5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7500 manat məbləğində kredit verilmişdir.
26. "xxxx" BOKT MMC ilə İddiaçı ASC arasında bağlanmış 224022230- 20***- *******02 saylı xx.xx.2023-cü il tarixli “tələbin güzəştinə dair müqaviləyə” əsasən, Cavabdeh2 ilə bağlanmış 2020***-*******02 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüquqlarını, o cümlədən digər hüquq və vəzifələrini tam olaraq İddiaçı ASC-yə güzəşt etmişdir.
27. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 12FİZAM129118001 saylı zaminlik müqaviləsi bağlanmış və kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
28. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
29. İşin mübahisəsiz halıdır ki, Bankla Cavabdeh2 arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Cavabdeh2 verməklə öhdəliyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir.
30. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi "Bank Respublika” ASC-yə olan kredit borcunun faizlərin və penyanın hesablanması haqqında xx.xx.2024-cü il tarixli arayışında görünür ki, Cavabdeh2 6345.36 manat əsas kredit borcu, 416.23 manat kreditdən istifadəyə görə faiz borcu, 28.36 manat cərimə borcu olmaqla cəmi 6789.95 manat məbləğində borcunun olması qeyd edilmişdir.
31. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizlə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini alaraq ondan istifadə etmiş, lakin pulu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsas borcun və ona hesablanmış faizlərin tələb edilməsi hissəsində əsaslıdır.
32. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.
33. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdehlər tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
34. Məhkəmə eyni zamanda, iddia tələbinin Zaminə aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Əsas borclunun aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır.
35. Məhkəmə hesab edir ki, Əsas borclu kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, Zamin kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, o, Əsas borclu ilə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyır.
36. Məhkəmə həmçinin iddianın 87,90 (səksən yeddi manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin.
1. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6345,36 (altı min üç yüz qırx beş manat, otuz altı qəpik) manat əsas borc, 416,23 (dör yüz on altı manat, iyirmi üç qəpik) manat faiz, 28,36 (iyirmi səkkiz manat, otuz altı qəpik) manat cərimə borcu, cəmi 6789,95 (altı min yeddi yüz səksən doqquz manat, doxsan beş qəpik) manat pul və 87,90 (səksən yeddi manat, doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin.
2. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Bəxtiyar Məmmədov