Məhkəmə qərarları › İş №e-2(018)-1299/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1299/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1299/2025 19.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC Qeyri Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Qeyri Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc tələbinə» dair iddia verərək, cavabdehlər Cavabdeh2 vəCavabdeh1 əsas borc üzrə 1517 (min beş yüz on yeddi) manat, faiz borcuna görə 127 (yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik, cərimə borcuna görə 435 (dörd yüz otuz beş) manat 49 (qırx doqquz) qəpik, cəmi 2079 (iki min yetmiş doqquz) manat 97 (doxsan yeddi) qəpik məbləğində borcun və 40 (qırx) manat 80 (səksən) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir kİddiaçı MMM QBKTilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli **********1648 saylı kredit müqaviləsinə əsasən borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 276 (iki yüz yetmiş altı) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1648 – ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 1517 (min beş yüz on yeddi) manat, faiz borcuna görə 127 (yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik, cərimə borcuna görə 435 (dörd yüz otuz beş) manat 49 (qırx doqquz) qəpik, cəmi 2079.97 (iki min yetmiş doqquz manat, doxsan yeddi qəpik) AZN təşkil edir. Odur ki, cavabdehlər Cavabdeh2 vəCavabdeh1 əsas borc üzrə 1517 (min beş yüz on yeddi) manat, faiz borcuna görə 127 (yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik, cərimə borcuna görə 435 (dörd yüz otuz beş) manat 49 (qırx doqquz) qəpik, cəmi 2079.97 (iki min yetmiş doqquz manat, doxsan yeddi qəpik) AZNməbləğində borcun və 40.80 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-ci i il tarixli **********1648 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MMC QBKT Cavabdeh2 24 ay müddətinə illik 28% (iyirmi səkkiz faiz) ödəmək şərtilə 5000 (beş min) manat kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli Kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, xx.xx.2024-ci i il tarixli **********1648 saylı kredit müqaviləsi üzrə kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş AZE ******** seriya və nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.1975 -ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2025-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-ci i il tarixli **********1648 saylı kredit müqaviləsi üzrə İddiaçı MMC QBKT-na 1517 (min beş yüz on yeddi) manat əsas borc, 127 (yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik faiz borcu, 435 (dörd yüz otuz beş) manat 49 (qırx doqquz) qəpik cərimə borcu olmaqla, cəmi 2079 (iki min yetmiş doqquz) manat 97 (doxsan yeddi) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli **********01 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC QBKT-nın adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 40 (qırx) manat 80 (səksən) qəpik dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit xətti müqaviləsi əsasında İddiaçı MMC Qeyri Bank Kredit Təşkilatından kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit xətti müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMC Qeyri Bank Kredit Təşkilatı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 435 (dörd yüz otuz beş) manat 49 (qırx doqquz) qəpik cərimə pulu azaldılaraq 35 (otuz beş) manat 49 (qırx doqquz) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək yaranmış 1517 (min beş yüz on yeddi) manat əsas borc, 127 (yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik faiz borcu, 35 (otuz beş) manat 49 (qırx doqquz) qəpik cərimə borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 40 (qırx) manat 80 (səksən) qəpik dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, 1517 (min beş yüz on yeddi) manat əsas borc, 127 (yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik faiz borcu, 35 (otuz beş) manat 49 (qırx doqquz) qəpik cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı MMC Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar