Məhkəmə qərarları › İş №e-2(018)-1308/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1308/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1308/2025 27.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, X1 ilə, İddiaçı “Finca Azərbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “Finca Azərbaijan” MM QBKT cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada əsas borc üzrə 4466.00 AZN, faiz borcuna görə 1158.19 AZN, cərimə borcuna görə 231.77 AZN, cəmi 5855.96 (beş min səkkiz yüz əlli beş manat, doxsan altı qəpik) AZN məbləğində borcun və 78.56 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı “Finca Azərbaijan” MM QBKT-nin nümayəndəsi Ramil Heyderov məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirak olmadan baxılmasını və iddianı müdafiə edərək, iddialarının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı “Finca Azərbaijan” MM QBKT idddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********0793 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 5400 (beş min dörd yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 250 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0793 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1, **********0793 - ******* saylı Zaminlik müqaviləsi ilə Xəlilov X3 müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4466.00 AZN, faiz borcuna görə 1158.19 AZN, cərimə borcuna görə 231.77 AZN, cəmi 5855.96 (beş min səkkiz yüz əlli beş manat, doxsan altı qəpik) AZN məbləğində borcun və 78.56 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********0793 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 5400 (beş min dörd yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 250 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarında olan, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Xəlilov X3 müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür İş materiallarında olan, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh3 əsas borc üzrə 4466.00 AZN, faiz borcuna görə 1158.19 AZN, cərimə borcuna görə 231.77 AZN, cəmi 5855.96 (beş min səkkiz yüz əlli beş manat, doxsan altı qəpik) AZN təşkil edir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********01 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün 78.56 (yetmiş səkkiz manat, əlli altı qəpik manat dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçı “Finca Azərbaijan” MM QBKT-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı “Finca Azərbaijan” MM QBKT verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlirəm ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 151.25 (yüz əlli bir manat 25 qəpik) manat cərimə azaldılaraq 21.77 (iyirmi bir manat 77 qəpik) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənləri və cavabdehin əmlak mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 4466 (dörd min dörd yüz altmış altı) manat əsas borc, 1158 (min yüz əlli səkkiz) manat 19 qəpik faiz borcu, 21 (iyirmi bir) manat 77 qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 78 (yetmiş səkkiz) manat 56 qəpik məbləğində pul vəsaiti tutulub “Finca Azərbaijan” MM QBKT-nin xeyrinə ödənilməlidir Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 78 (yetmiş səkkiz) manat 56 qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 4466 (dörd min dörd yüz altmış altı) manat əsas borc, 1158 (min yüz əlli səkkiz) manat 19 qəpik faiz borcu, 21 (iyirmi bir) manat 77 qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 78 (yetmiş səkkiz) manat 56 qəpik məbləğində pul vəsaiti tutulub “Finca Azərbaijan” MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar