Məhkəmə qərarları › İş №e-2(018)-1334/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-1334/2025

06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-1334/2025 06.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı xidmətinin 1 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi, özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı xidmətinin 1 saylı X1 Mərkəzi Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi, özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu Siyəkü kənd sakini Cavabdeh Təngərüd meşəbəyliyinin 11 saylı meşə dolayında özbaşına tutduğu (zəbt etdiyi) 1.5 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 1 saylı X1 Mərkəzinə təhvil verilməsi, dövlət meşə fonduna dəymiş zərərin əvəzi 588 (beş yüz səksən səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub 1 saylı X1 Mərkəzin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı xidmətinin 1 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi, özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar