Məhkəmə qərarları › İş №e-2(018)-135/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-135/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-135/2024 12.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və əmlakın boşaldılması tələbi barədə” iddia ərizəsi üzrəmülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “Nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və əmlakın boşaldılması tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli AN-İN ******* nömrəli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq iddiaçı "xxxx" QSC-nə qaytarılması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib izahat verərək bildirdiki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli AN-İN ******* nömrəli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Astara rayonu Şiyəkəran kəndində 0,08 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 138,3 kvadrat metr olan fərdi yaşayış evi Cavabdeh 13500 (on üç min beş yüz) manata nisyə olaraq satılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh həmin evə görə 13500 (on üç min beş yüz) manat pulu hissə-hissə ödəməli idi. Lakin Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi izahatını vəşahidlərin ifadələrini dinləyib,iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işmateriallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən reyestr nömrəsi **********20-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə 09 dekabr 2019-cu il olan Çıxarışdan məlum olur ki, Astara rayonu Şiyəkəran kəndində 0,08 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 138,3 kvadrat metr olan fərdi yaşayış evi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. İş materiallarında olan 26 oktyabr 2021-ci il tarixli AN-İN ******* nömrəli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Astara rayonu Şiyəkəran kəndində 0,08 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 138,3 kvadrat metr olan fərdi yaşayış evi Cavabdeh 13500 (on üç min beş yüz) manata nisyə olaraq satılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh həmin evə görə 13500 (on üç min beş yüz) manat pulu hissə-hissə ödəməlidir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş təklifdən məlum olur ki, ona 26 oktyabr 2021-ci il tarixli AN-İN ******* nömrəli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyinə əməl etmək təklif edilmişdir. İş materiallarında olan qəbzdən məlum olur ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hazırkı iddia ərizəsi ilə əlaqədar dövlət rüsumu olaraq 100 (bir yüz) manat pulu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında aydın oldu ki, 26 oktyabr 2021-ci il tarixli AN-İN ******* nömrəli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Astara rayonu Şiyəkəran kəndində 0,08 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 138,3 kvadrat metr olan fərdi yaşayış evi Cavabdeh 13500 (on üç min beş yüz) manata nisyə olaraq satılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh həmin evə görə 13500 (on üç min beş yüz) manat pulu hissəhissə ödəməli olsada Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görəAzərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıüçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının vəəsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və 5 beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ iləəlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan RespublikasıMM-in157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının MM-in 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası MM-in 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinəşərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının vəİnsan Hüquqlarıüzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və əmlakın boşaldılması tələbi barədə” iddiası təmin olunsun. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli AN-İN ******* nömrəli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Astara rayonu Şiyəkəran kəndində 0,08 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 138,3 kvadrat metr olan fərdi yaşayış evindən çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar