Məhkəmə qərarları › İş №e-2(018)-1367/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1367/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1367/2023 31.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulması barədə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X3 Azərbaycan» QSC-nin Hüquq Departamentinin aparıcı hüquqşunası Ayxan Eyvazov Cavabdeh qarşı «borcun tutulması barədənə dair» iddia verərək Cavabdeh əsas məbləğ üzrə 178 ( yüz yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 20 (iyirmi) manat 45 (qırx beş) qəpik, cərimə borcu üzrə 11 (on bir) manat 55 (əlli beş) qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 9 (doqquz) manat 67 (altmış yeddi) qəpik, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 04 (dörd) manat, 80 (səksən) qəpik, cəmi 225 (iki yüz iyirmi beş) manat 29 (iyirmi doqquz) qəpik məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı «X3 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi”-nin 4.27-ci maddəsinin şərtlərinə əsasən Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 (beş yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Nəticədə Cavabdeh Banka əsas məbləğ üzrə 178 ( yüz yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 20 (iyirmi) manat 45 (qırx beş) qəpik, cərimə borcu üzrə 11 (on bir) manat 55 (əlli beş) qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 9 (doqquz) manat 67 (altmış yeddi) qəpik, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 04 (dörd) manat, 80 (səksən) qəpik, cəmi 225 (iki yüz iyirmi beş) manat 29 (iyirmi doqquz) qəpik məbləğində borcu yaranmışdır. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı «X3 Azərbaycan» QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi”-ndən görünür ki, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 (beş yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə 06 yanvar 2022-ci il tarixinə 178 ( yüz yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik əsas məbləğ üzrə, 20 (iyirmi) manat 45 (qırx beş) qəpik faiz üzrə, 11 (on bir) manat 55 (əlli beş) qəpik cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 9 (doqquz) manat 67 (altmış yeddi) qəpik, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 04 (dörd) manat, 80 (səksən) qəpik, cəmi 225 (iki yüz iyirmi beş) manat 29 (iyirmi doqquz) qəpik məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli bildiriş (pretenziya) məktubundan görünür ki, cavabdehə xx.xx.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə yaranmış borcunu 5 (beş) iş günü müddətində Banka ödəməli olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2014-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə iddiaçının iddia etdiyi 11 (on bir) manat 55 (əlli beş) qəpik məbləğində dəbbə pulu azaldılaraq 1 (bir) manat 55 (əlli beş) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa Məhkəmə hesab edir ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 9 (doqquz) manat 67 (altmış yeddi) qəpik, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 04 (dörd) manat, 80 (səksən) qəpik məbləğində olan pulu cavabdehdən tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ona görə də, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə 178 ( yüz yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik əsas borc, 20 (iyirmi) manat 45 (qırx beş) qəpik faiz borcu, 01 (bir) manat cərimə borcu, cəmi 200 (iki yüz) manat 82 (səksən iki) qəpik borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı «X3 Azərbaycan» QSC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar