Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1370/2023 26.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi barədə» iddia verərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4725 (dörd min yeddi yüz iyirmi beş) manat, 13 (on üç) qəpik əsas kredit borcu, 791 (yeddi yüz doxsan bir) manat, 20 (iyirmi) qəpik faiz borcu, 175 (bir yüz yetmiş beş) manat, 84 (səksən dörd) qəpik cərimə olmaqla, cəmi 5692 (beş min altı yüz doxsan iki) manat, 17 (on yeddi) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 77 (yetmiş yeddi) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına üzürlü səbəbdən gələ bilməməsini və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə imzaladığı iddia ərizəsinin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 21 fevral 2022-ci il tarixli, CP/55126/88/22 nömrəli kredit sazişinə (kredit müqaviləsinə) əsasən bank borcluya 36 ay müddətinə illik 28% olmaqla 5000 (beş min) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 12 sentyabr 2023-cü il tarixə Cavabdeh 4725 (dörd min yeddi yüz iyirmi beş) manat, 13 (on üç) qəpik əsas kredit borcu, 791 (yeddi yüz doxsan bir) manat, 20 (iyirmi) qəpik faiz borcu, 175 (bir yüz yetmiş beş) manat, 84 (səksən dörd) qəpik cərimə olmaqla, cəmi 5692 (beş min altı yüz doxsan iki) manat, 17 (on yeddi) qəpik borcu yaranmışdır. Ona görə də o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 77 (yetmiş yeddi) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC-nin Sumqayıt filalı ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2022-ci il tarixli, CP/55126/88/22 nömrəli kredit sazişindən və 21 fevral 2022-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 28% olmaqla 5000 (beş min) manat məbləğində kredit vermişdir. Mülki işə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, 21 fevral 2022-ci il tarixli, CP/55126/88/22 nömrəli kredit sazişi üzrə orta aylıq ödəniş məbləği təqribən 206 (iki yüz altı) manat, 82 (səksən iki) qəpik təşkil etmişdir. Mülki işə əlavə edilmiş 12 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 21 fevral 2022-ci il tarixli, CP/55126/88/22 nömrəli müqaviləyə əsasən 4725 (dörd min yeddi yüz iyirmi beş) manat, 13 (on üç) qəpik əsas kredit borcu, 791 (yeddi yüz doxsan bir) manat, 20 (iyirmi) qəpik faiz borcu, 175 (bir yüz yetmiş beş) manat, 84 (səksən dörd) qəpik cərimə olmaqla, cəmi 5692 (beş min altı yüz doxsan iki) manat, 17 (on yeddi) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh 4725 (dörd min yeddi yüz iyirmi beş) manat, 13 (on üç) qəpik əsas kredit borcu, 791 (yeddi yüz doxsan bir) manat, 20 (iyirmi) qəpik faiz borcu, 175 (bir yüz yetmiş beş) manat, 84 (səksən dörd) qəpik cərimə olmaqla, cəmi 5692 (beş min altı yüz doxsan iki) manat, 17 (on yeddi) qəpik borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 175 (bir yüz yetmiş beş) manat, 84 (səksən dörd) qəpik cərimə azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 21 fevral 2022-ci il tarixli, CP/55126/88/22 nömrəli kredit sazişi üzrə cavabdehdən 175 (bir yüz yetmiş beş) manat, 84 (səksən dörd) qəpik məbləğində cərimə tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 10 (on) manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 21 fevral 2022-ci il tarixli, CP/55126/88/22 nömrəli kredit sazişinə əsasən bank borcluya 36 ay müddətinə illik 28% olmaqla 5000 (beş min) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 124.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 77 (yetmiş yeddi) manat manat dövlət rüsumuna görə 65 (altmış beş) manat pul onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddiası təmin edilsin. Cavabdeh 21 fevral 2022-ci il tarixli, CP/55126/88/22 nömrəli kredit sazişi (kredit müqaviləsi) üzrə 4725 (dörd min yeddi yüz iyirmi beş) manat, 13 (on üç) qəpik əsas kredit borcu, 791 (yeddi yüz doxsan bir) manat, 20 (iyirmi) qəpik faiz borcu, 10 (on) manat cərimə olmaqla, cəmi 5526 (beş min beş yüz iyirmi altı) manat, 33 (otuz üç) qəpik və ödənilmiş dövlət rüsumuna görə 65 (altmış beş) manat alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1370/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1370/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver