Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1378/2023 23.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 2773 (iki min yeddi yüz yetmiş üç) manat əsas məbləğ üzrə, 865 (səkkiz yüz altmış beş) manat, 34 (otuz dörd) qəpik faiz üzrə, 75 (yetmiş beş) manat, 68 (altmış səkkiz) qəpik cərimə, cəmi 3714 (üç min yeddi yüz on dörd) manat, 02 (iki) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 57 (əlli yeddi) manat, 55 (əlli beş) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin 09 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən “Bank” “Borcalana” 20000 manatadək kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizlə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Kredit xəttindən istifadəyə görə minimum 1% maksimum 5% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı “Borcalan” tərəfindən əlavə olaraq ödənilir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 20 sentyabr 2023-cü il tarixinə Unibank” KB ASC-yə 2773 (iki min yeddi yüz yetmiş üç) manat əsas, 865 (səkkiz yüz altmış beş) manat, 34 (otuz dörd) qəpik faiz borcu, 75 (yetmiş beş) manat, 68 (altmış səkkiz) qəpik cərimə, 3714 (üç min yeddi yüz on dörd) manat, 02 (iki) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 57 (əlli yeddi) manat, 55 (əlli beş) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 09 aprel 2022-ci il tarixli, 8418nkADJb/22 nömrəli kredit müqaviləsindən görünür ki, Bank” “Borcalana” 20000 manatadək kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. Mülki işə əlavə edilmiş 20 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 8418nkADJb/22 nömrəli kredit müqaviləsi üzrə 20 sentyabr 2023-cü il tarixinə Unibank” KB ASC-yə 2773 (iki min yeddi yüz yetmiş üç) manat əsas, 865 (səkkiz yüz altmış beş) manat, 34 (otuz dörd) qəpik faiz borcu, 75 (yetmiş beş) manat, 68 (altmış səkkiz) qəpik cərimə, 3714 (üç min yeddi yüz on dörd)manat, 02 (iki) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış müqaviləsi əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 8418nkADJb/22 nömrəli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 75 (yetmiş beş) manat, 68 (altmış səkkiz) qəpik məbləğində dəbbə pulu azaldılaraq 5 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 57 (əlli yeddi) manat, 55 (əlli beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2773 (iki min yeddi yüz yetmiş üç) manat əsas məbləğ üzrə, 865 (səkkiz yüz altmış beş) manat, 34 (otuz dörd) qəpik faiz üzrə, 5 (beş) manat cərimə, cəmi 3643 (üç min altı yüz qırx üç) manat, 34 (otuz dörd) qəpik və 57 (əlli yeddi) manat, 55 (əlli beş) qəpik ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1378/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1378/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver