Məhkəmə qərarları › İş №e-2(018)-1387/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1387/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1387/2023 07.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9800 AZN əsas; 1162.53 AZN faiz, çərri 10962.53 AZN pul vəsaitinin və 122.89 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxmağı və iddialarının tam təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh oäluarasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tari İS K0608072B252 saylı Kredit müqaviləsinə əsasən onun kartına müddəti 24 ay, illik 24 faiz dərəcəsi ilə 9800 AZN məbləğində pul məd şdir. Daha dəqiq desək kredit nəöd aavdada devil. cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vasaitinin köçürülməsi volu ilə verilmişdir.Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesübdan çıxarışdır.Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 9800 AZN əsas; 1162.53 AZN faiz, çərri 10962.53 AZN borcu qalmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll ma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9800 AZN əsas; 1162.53 AZN faiz, çərri 10962.53 AZN pul vəsaitinin və 122.89 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materialında olan bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, K0608072B252 saylı Kredit müqaviləsinə əsasən onun kartına illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 9800 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh hər ay 518 manat, 14 qəpik İddiaçı ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, `İddiaçı ASC iddia ərizəsinə görə 123,29 manat dövlət rüsumu ödəmişdir. İş materialında olan müraciət ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-yə müraciət edərək, illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 9800 AZN məbləğində krediti ona verilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 122,89 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat əsas borc, 1162 (min yüz altmış iki) manat 53 qəpik faiz, cəmi 10962 (on min doqquz yüz altmış iki) manat 53 qəpik borcun və dövlət rüsumu üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat 89 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9800 (doqquz min səkkiz yüz) manat əsas borc, 1162 (min yüz altmış iki) manat 53 qəpik faiz, cəmi 10962 (on min doqquz yüz altmış iki) manat 53 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat 89 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar