Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1391/2023 23.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3551 (üç min beş yüz əlli bir) manat, 91 (doxsan bir) qəpik əsas, 345 (üç yüz qırx beş) manat, 92 (doxsan iki) qəpik faiz üzrə, 16 (on altı) manat, 44 (qırx dörd) qəpik cərimə, cəmi 3914 (üç min doqquz yüz on dörd) manat, 27 (iyirmi yeddi) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 59 (əlli doqquz) manat, 55 (əlli beş) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 1053nkAHM/22 saylı kredit müqaviləsinin 1.1 bəndinə əsasən iddiaçı 25 oktyabr 2027-ci il tarixinədək, illik 24% ödəmək şərtilə 3629 (üç min altı yüz iyirmi doqquz) manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır.Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birılikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit borcalanın 26 noyabr 2021-ci il tarixli 8685Smdk/21 saylı və 26 noyabr 2021-ci il tarixli 2699nkCNTRb/21 saylı kredit müqavilələri üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğiin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 59 (əlli doqquz) manat, 55 (əlli beş) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 26 oktyabr 2022-ci il tarixli, 1053nkAHM/22 saylı kredit müqaviləsindən görünür ki, kredit müqaviləsinin 1.1 bəndinə əsasən iddiaçı 25 oktyabr 2027-ci il tarixinədək, illik 24% ödəmək şərtilə 3629 (üç min altı yüz iyirmi doqquz) manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır.Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birılikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 22 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 1053nkAHM/22 saylı kredit müqaviləsi üzrə 3551 (üç min beş yüz əlli bir) manat, 91 (doxsan bir) qəpik əsas, 345 (üç yüz qırx beş) manat, 92 (doxsan iki) qəpik faiz üzrə, 16 (on altı) manat, 44 (qırx dörd) qəpik cərimə, cəmi 3914 (üç min doqquz yüz on dörd) manat, 27 (iyirmi yeddi) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli, 1053nkAHM/22 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 26 oktyabr 2022-ci il tarixli, 1053nkAHM/22 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 16 (on altı) manat, 44 (qırx dörd) qəpik məbləğində dəbbə pulu silinərək 0 manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 59 (əlli doqquz) manat, 55 (əlli beş) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26 oktyabr 2022-ci il tarixli, 1053nkAHM/22 saylı kredit müqaviləsi üzrə 3551 (üç min beş yüz əlli bir) manat, 91 (doxsan bir) qəpik əsas, 345 (üç yüz qırx beş) manat, 92 (doxsan iki) qəpik faiz üzrə, 0.00 (sıfır) manat cərimə olmaqla, cəmi 3897 (üç min səkkiz yüz doxsan yeddi) manat, 83 (səksən üç) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 59 (əlli doqquz) manat, 55 (əlli beş) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1391/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1391/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver