Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1391/2024 29.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X6 İddiaçı ASC-nin cavabdeh X3 qarşı «krediti müqaviləsi üzrə pul tələbinə dair» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdeh X3 qarşı «nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair» dair iddia verərək, cavabdeh X1 xx.xx.2022-ci il tarixli, 330859-CNS-33320 saylı nağd pul krediti müqaviləsinə əsasən 1729 (min yeddi yüz iyirmi doqquz) manat 25 (iyirmi beş) qəpik məbləğində əsas borc, 86 (səksən altı) manat 94 (doxsan dörd) qəpik məbləğində faiz borcu, 37 (otuz yeddi) manat 80 (səksən) qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1853 (min səkkiz yüz əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 38 (otuz səkkiz) manat 54 (əlli dörd) qəpik məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, X4 (bundan sonra mətndə F.A.Feyzizadə) xx.xx.2022-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X5 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli, 330859-CNS-33320 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 25,5% (iyirmi beş tam onda beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 2.460 (iki min dörd yüz altmış manat) AZN məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən F.A.Feyzizadə ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X5 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X5 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra Müştərinin müvafiq Ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün Müştəriyə Ödəniş kartı təqdim edir və Müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh F.A.Feyzizadə kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2024-cü il tarixə 1.729,25 (bir min yeddi yüz iyirmi doqquz manat iyirmi beş qəpik) AZN məbləğində əsas borc, 86.94 (səksən altı manat doxsan dörd qəpik) AZN məbləğində faiz borcu, 37.80 (otuz yeddi manat səksən qəpik) AZNməbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.853,99 (bir min səkkiz yüz əlli üç manat doxsan doqquz qəpik) AZN məbləğində borcu qalmışdır. İddiaçıAçıq Səhmdar CəmiyyətiX4 ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 330859-CNS-33320 №-li Nağd pul kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2024-cü Banka borclu olduğu 1.729,25 (bir min yeddi yüz iyirmi doqquz manat iyirmi beş qəpik) AZN məbləğində əsas borc, 86.94 (səksən altı manat doxsan dörd qəpik) AZN məbləğində faiz borcu, 37.80 (otuz yeddi manat səksən qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.853,99 (bir min səkkiz yüz əlli üç manat doxsan doqquz qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 38,54 (otuz səkkiz manat əlli dörd qəpik) AZN məbləğində dövlət rüsumunun X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 330859-CNS-33320 saylı nağd pul krediti müqaviləsi və ödəniş cədvəlindən görünür ki, X3 “istehlak” məqsədilə illik 25,5% (iyirmi beş tam onda beş faiz) hesablanması şərti ilə 60 (altmış)) ay müddətinə 2460 (iki min dörd yüz altmış) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixli, 330859-CNS-33320 saylı nağd pul krediti müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə 1729 (min yeddi yüz iyirmi doqquz) manat 25 (iyirmi beş) qəpik məbləğində əsas borc, 86 (səksən altı) manat 94 (doxsan dörd) qəpik məbləğində faiz borcu, 37 (otuz yeddi) manat 80 (səksən) qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1853 (min səkkiz yüz əlli üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 330859-CNS-33320 saylı müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka yaranmış borcunun məbləği və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 38 (otuz səkkiz) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş AA3063911 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 37 (otuz yeddi) manat 80 (səksən) qəpik məbləğində cərimə pulu azaldılaraq 02 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək yaranmış xx.xx.2022-ci il tarixli, 330859-CNS-33320 müqavilə üzrə 1729 (min yeddi yüz iyirmi doqquz) manat 25 (iyirmi beş) qəpik məbləğində əsas borc, 86 (səksən altı) manat 94 (doxsan dörd) qəpik məbləğində faiz borcu, 02 (iki) manat məbləğində cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 37 (otuz yeddi) manat 80 (səksən) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2022-ci il tarixli, 330859-CNS-33320 saylı kredit müqavilə üzrə 1729 (min yeddi yüz iyirmi doqquz) manat 25 (iyirmi beş) qəpik məbləğində əsas borc, 86 (səksən altı) manat 94 (doxsan dörd) qəpik məbləğində faiz borcu, 02 (iki) manat cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 37 (otuz yeddi) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1391/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1391/2024
29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver