Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1392/2023 30.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbijan” MM QBKT-nın Məhkəmə işləri üzrə hüquqşunası Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tələbinə dair» iddia verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1241 (bir min iki yüz qırx bir) manat, 74 (yetmiş dörd) qəpik, faiz borcuna görə 134 (bir yüz otuz dörd) manat, cərimə borcuna görə 122 (bir yüz iyirmi iki) manat, 20 (iyirmi) qəpik, cəmi 1497 (bir min dörd yüz doxsan yeddi) manat, 94 (doxsan dörd) qəpik məbləğində borcun və 34 (otuz dörd) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 10 iyun 2022-ci il tarixli, **********722 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 28.00% dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 (bir yüz otuz səkkiz) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 zaminlik müqaviləsi bağlamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 14 sentyabr 2023-cü il tarixində olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 1241 (bir min iki yüz qırx bir) manat, 74 (yetmiş dörd) qəpik, faiz borcuna görə 134 (bir yüz otuz dörd) manat, cərimə borcuna görə 122 (bir yüz iyirmi iki) manat, 20 (iyirmi) qəpik, cəmi 1497 (bir min dörd yüz doxsan yeddi) manat, 94 (doxsan dörd) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MM QBKT-nın adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 34 (otuz dörd) manat, 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 10 iyun 2022-ci il tarixli, **********722 saylı kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh2 “Finca Azərbaycan” MM QBKT tərəfindən istehlak məqsədləri üçün illik 28.00% dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 10 iyun 2022-ci il tarixli, *************-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 10 iyun 2022-ci il tarixli, **********722 saylı kredit müqaviləsi üzrə kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 10 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1241 (bir min iki yüz qırx bir) manat, 74 (yetmiş dörd) qəpik əsas borc, 134 (bir yüz otuz dörd) manat faiz borcu və 122 (bir yüz iyirmi iki) manat, 20 (iyirmi) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 1497 (bir min dörd yüz doxsan yeddi) manat, 94 (doxsan dörd) qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 10 iyun 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 122 (bir yüz iyirmi iki) manat, 20 (iyirmi) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 05 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 34 (otuz dörd) manat, 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1241 (bir min iki yüz qırx bir) manat, 74 (yetmiş dörd) qəpik əsas borc, 134 (bir yüz otuz dörd) manat faiz borcu, 05 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1380 (bir min üç yüz səksən) manat, 74 (yetmiş dörd) qəpik və 34 (otuz dörd) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı MM QBKT-nın xeyrinə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1392/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1392/2023
30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver