Məhkəmə qərarları › İş №e-2(018)-1401/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1401/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1401/2024 29.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" ASC-nin (ləğv prosesində olan) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılmasına dair tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC (ləğv prosesində olan) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 08/0607/RES nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 2190 (iki min yüz doxsan) manat əsas borc, 100 (yüz) manat 10 (on) qəpik faiz borcu olmaqla, cəmi 2290 (iki min iki yüz doxsan) manat 10 (on) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 42 (qırx iki) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin (ləğv prosesində olan) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0607/RES nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 2.190 (iki min yüz doxsan) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 08/0607/RES nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********016 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2.290,10 (iki min iki yüz doxsan manat 10 qəpik) təşkil edir. Bundan 2.190 (iki min bir yüz doxsan) AZN əsas və 100,10 (bir yüz manat 10 qəpik) AZN faiz borcu təşkil edir. Cəmi 2.290,10 (iki min iki yüz doxsan manat 10 qəpik) manat borc olmaqla–bundan 2.190 (iki min bir yüz doxsan) manat əsas, 100,10 (bir yüz manat 10 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 42,91 (qırx iki manat 91 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı apellyasiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2020-ci il tarixli 2-3(103)-131/2020 saylı qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmişdir. Mülki işə əlavə edilmiş 18 oktyabr 2019-cu il tarixli 08/0607/RES saylı müqavilə və əlavə edilmiş digər sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 08/0607/RES nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə xx.xx.2024-cü il tarixədək-60 (altmış) ay müddətinə, illik 01 (bir) faiz dərəcəsi ilə 2190 (iki min yüz doxsan) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 08/0607/RES nömrəli kredit müqaviləsi üzrə, xx.xx.2024-cü il tarixə "xxxx" ASC-nə 2190 (iki min yüz doxsan) manat əsas borc, 100 (yüz) manat 10 (on) qəpik faiz borcu olmaqla, cəmi 2290 (iki min iki yüz doxsan) manat 10 (on) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC-nin ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0607/RES nömrəli müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materialında olan xx.xx.2019-cu il tarixli 08/0607/RES nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun bank qarşısında xx.xx.2019-cu il tarixli 08/0607/RES nömrəli kredit müqaviləsi üzrə kredit borcunun vaxtında ödənilməsi və digər öhdəliklərini yerinə yetirməməsinə görə borcalanla birlikdə Cavabdeh3 və Cavabdeh1 cavabdelik daşıyırlar. İş materiallarına əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********71 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 42 (qırx iki) manat 91 (doxsan bir) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia təmin edilərək yaranmış 2190 (iki min yüz doxsan) manat əsas borc, 100 (yüz) manat 10 (on) qəpik faiz borcu olmaqla, cəmi 2290 (iki min iki yüz doxsan) manat 10 (on) qəpik borc məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 42 (qırx iki) manat 91 (doxsan bir) qəpik dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. 18 oktyabr 2019-cu il tarixli 08/0607/RES saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 2190 (iki min yüz doxsan) manat əsas borc, 100 (yüz) manat 10 (on) qəpik faiz borcu, cəmi 2290 (iki min iki yüz doxsan) manat 10 (on) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 42 (qırx iki) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" ASC-nin (ləğv prosesində olan) xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar