Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1419/2023 30.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə Cavabdeh qarşı «kredit borcunun qaytarılması barədə» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7707 (yeddi min yeddi yüz yeddi) manat, 05 (beş) qəpik əsas, 1193 (bir min bir yüz doxsan üç) manat, 62 (altmış iki) qəpik faiz borcu olmaqla, cəmi 8900 (səkkiz min doqquz yüz) manat, 67 (altmış yeddi) qəpik məbləğində borcun və ödənilmiş 109 (bir yüz doqquz) manat 01 (bir) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərin hüquqi təqibi Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 09 iyun 2022-ci il tarixli, GTKR5765466A299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 35 (otuz beş) ay müddətə, illik 27 (iyirmi yeddi) faiz ödmək şərti ilə 9490 (doqquz min dörd yüz doxsan) manat, məbləğində kredit verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 25 sentyabr 2023-cü il tarixə İddiaçı ASC-yə 09 iyun 2022-ci il tarixli, GTKR5765466A299 saylı kredit müqaviləsinə əsasən 7707 (yeddi min yeddi yüz yeddi) manat, 05 (beş) qəpik əsas, 1193 (bir min bir yüz doxsan üç) manat, 62 (altmış iki) qəpik faiz borcu olmaqla, cəmi 8900 (səkkiz min doqquz yüz) manat, 67 (altmış yeddi) qəpik məbləğində borcu yaranmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, onunla 09 iyun 2022-ci il tarixli, GTKR5765466A299 saylı kredit müqaviləsinə əsasən ona 35 (otuz beş) ay müddətə, illik 27 (iyirmi yeddi) faiz ödmək şərti ilə 9490 (doqquz min dörd yüz doxsan) manat məbləğində kredit verilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Məhkəmə proses iştirakçısının izahatını, iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 109 (bir yüz doqquz) manat 01 (bir) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 09 iyun 2022-ci il tarixli, GTKR5765466A299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 35 (otuz beş) ay müddətə, illik 27 (iyirmi yeddi) faiz ödmək şərti ilə 9490 (doqquz min dörd yüz doxsan) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 09 iyun 2022-ci il tarixli, GTKR5765466A299 saylı kredit müqaviləsi üzrə 7707 (yeddi min yeddi yüz yeddi) manat, 05 (beş) qəpik əsas, 1193 (bir min bir yüz doxsan üç) manat, 62 (altmış iki) qəpik faiz borcu olmaqla, cəmi 8900 (səkkiz min doqquz yüz) manat, 67 (altmış yeddi) qəpik borcu vardır. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2022-ci il tarixli, GTKR5765466A299 saylı kredit müqaviləsi öhdəliklərini icra etməmiş və nəticədə Cavabdeh 25 sentyabr 2023-cü il tarixə, 09 iyun 2022-ci il tarixli, GTKR5765466A299 saylı kredit müqaviləsi üzrə 7707 (yeddi min yeddi yüz yeddi) manat, 05 (beş) qəpik əsas, 1193 (bir min bir yüz doxsan üç) manat, 62 (altmış iki) qəpik faiz borcu olmaqla, cəmi 8900 (səkkiz min doqquz yüz) manat, 67 (altmış yeddi) qəpik borcu yaranmışdır. Ona görə də, həmin borc Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 85 (səksən beş) manat dövlət rüsumu da, iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.Cavabdeh 09 iyun 2022-ci il tarixli, GTKR5765466A299 saylı kredit müqaviləsi üzrə, 7707 (yeddi min yeddi yüz yeddi) manat, 05 (beş) qəpik əsas, 1193 (bir min bir yüz doxsan üç) manat, 62 (altmış iki) qəpik faiz borcu olmaqla, cəmi 8900 (səkkiz min doqquz yüz) manat, 67 (altmış yeddi) qəpik məbləğindəki borc pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin.
2. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 109 (bir yüz doqquz) manat 01 (bir) qəpik pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov