Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1444/2023 29.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimiMəmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı “Finca Azərbaijan” X3 X1 Cavabdeh qarşı «borc tələbinə dair» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı “Finca Azərbaijan” X3 X1 Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3834 (üç səkiz yüz min otuz dörd) manat əsas borc, 1392 (bir min üç yüz doxsan iki) manat faiz borcu və 87 (səksən yeddi) manat, 59 (əlli doqquz) qəpik cərimə olmaqla, cəmi 5313 (beş min üç yüz on üç) manat, 59 (əlli doqquz) qəpik məbləğində pulun və 73 (yetmiş üç) manat, 14 (on dörd) qəpik dövlət rüsumunun “Finca Azərbaijan” MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı“Finca Azərbaijan” MM QBKT-nin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iştirak etmədi. O, məhkəməyə teleqram ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə“Finca Azərbaijan” MM QBKT arasında 20 aprel 2023-cü il tarixində **********0089 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 30 (otuz) ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir.Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 187 (bir yüz səksən yeddi) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində iddiaçı “Finca Azərbaijan” X3 X2 3834 (üç səkiz yüz min otuz dörd) manat əsas borc, 1392 (bir min üç yüz doxsan iki) manat faiz borcu və 87 (səksən yeddi) manat, 59 (əlli doqquz) qəpik cərimə olmaqla, cəmi 5313 (beş min üç yüz on üç) manat, 59 (əlli doqquz) qəpik məbləğində borcları yaranmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməiş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “Finca Azərbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2023-cü il tarixində **********0089 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh na illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 30 (otuz) ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, 20 aprel 2023-cü il tarixində **********0089 nömrəli kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 187 (bir yüz səksən yeddi) manat təşkil etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 26 sentyabr 2023-cü il tarixə cavabdehin “Finca Azərbaijan” X3 X2 3834 (üç səkiz yüz min otuz dörd) manat əsas borc, 1392 (bir min üç yüz doxsan iki) manat faiz borcu və 87 (səksən yeddi) manat, 59 (əlli doqquz) qəpik cərimə olmaqla, cəmi 5313 (beş min üç yüz on üç) manat, 59 (əlli doqquz) qəpik məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə borclarını ödəməli olmaları barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 87 (səksən yeddi) manat, 59 (əlli doqquz) qəpik cərimə azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 20 aprel 2023-cü il tarixində **********0089 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 87 (səksən yeddi) manat, 59 (əlli doqquz) qəpik məbləğində cərimə tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 10 (on) manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər müqavilə üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişlər və beləliklə də, iddiaçı “Finca Azərbaijan” X3 X2 3834 (üç səkiz yüz min otuz dörd) manat əsas borc, 1392 (bir min üç yüz doxsan iki) manat faiz borcu və 87 (səksən yeddi) manat, 59 (əlli doqquz) qəpik cərimə olmaqla, cəmi 5313 (beş min üç yüz on üç) manat, 59 (əlli doqquz) qəpik məbləğində borcları yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən iddiaçı banka olan borc müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 73 (yetmiş üç) manat, 14 (on dörd) qəpik dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi da onun xeyrinə müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddiaçı “Finca Azərbaijan” X3 X1 Cavabdeh qarşı «borc tələbinə dair» iddiası qismən təmin edilsin. 20 aprel 2023-cü il tarixində **********0089 nömrəli kredit müqaviləsi üzrə 3834 (üç səkiz yüz min otuz dörd) manat əsas borc, 1392 (bir min üç yüz doxsan iki) manat faiz borcu və 10 (on) manat cərimə olmaqla, cəmi 5236 (beş min iki yüz otuz altı) manat məbləğində kredit borcu və odənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat pul Cavabdeh tutularaq iddiaçı “Finca Azərbaijan” MM QBKT-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-1444/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1444/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver