Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1454/2025 18.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, X1 ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kreditin, faizlərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «ASEL KREDİT” BOKT MMC cavabdehlər Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 4717,62(dörd min yeddiyüz on yeddi manat altmış iki) manat əsas kredit borcu, 1417,97(bir min dörd yüz on yeddi manat doxsan yeddi qəpik) manat faiz borcu, 367(üç yüz altmış yeddi) manat penya borcu,cəmi 6502,59(altı min beş yüz iki manatəlli doqquz qəpik) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 86 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı BOKT MMC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirak olmadan baxılmasını və iddianı müdafiə edərək, iddialarının təmin olunmasını məhkəmədən xahiş etmişdi. İddiaçı «ASEL KREDİT” BOKT MMCidddia ərizəsini onunla əsaslandırmışdır ki, 24 oktyabr 2023-ci il tarixli 5/1023-592 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 30% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 6400 (altı min dörd yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2025-ci il tarixə olan hesablamalara görə iddiaçıya 4717,62 (dörd min yeddiyüz on yeddi manat altmış iki) manat əsas kredit borcu, 1417,97 (bir min dörd yüz on yeddi manat doxsan yeddi qəpik) manat faiz borcu, 367 (üç yüz altmış yeddi) manat penya borcu,cəmi 6502,59 (altı min beş yüz iki manatəlli doqquz qəpik) manat borcu təşkiledir. Cavabdeh dəfələrlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKTa olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Əlavə olaraq qeyd edirik ki, Cavabdeh 24 oktyabr 2023-ci il tarixli 5/1023-592 saylı Kredit müqaviləsi üzrə son ödənişi xx.xx.2025-ci il tarixdə 474 manat ödəniş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC 2011-ci il tarixdən fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nə xx.xx.2025-ci il tarixdən maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC kredit fəaliyyəti ilə məşquldur. Cavabdeh vaxtında ödəniş etsəydi, iddiaçı həmin məbləği yenə də kreditə verib fayda əldə edərdi. Qeyd edirəm ki, iddiaçı müştərilərlə müqaviləni illik 38% faiz hesablanmaqla bağlayır. Bundan əlavə qeyd etmək istəyirəm ki, iddiaçı öz fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının büdcəsinə gəlirindən 20% mənfəət vergisi ödəyir. İddiaçı «ASEL KREDİT” BOKT MMC cavabdehlər Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 4717,62 (dörd min yeddiyüz on yeddi manat altmış iki) manat əsas kredit borcu, 1417,97 (bir min dörd yüz on yeddi manat doxsan yeddi qəpik) manat faiz borcu, 367 (üç yüz altmış yeddi) manat penya borcu,cəmi 6502,59(altı min beş yüz iki manatəlli doqquz qəpik) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 86 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 oktyabr 2023-ci il tarixli 5/1023-592 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 30% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 6400 (altı min dörd yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2025-ci il tarixə olan hesablamalara görə iddiaçıya 4717,62 (dörd min yeddiyüz on yeddi manat altmış iki) manat əsas kredit borcu, 1417,97 (bir min dörd yüz on yeddi manat doxsan yeddi qəpik) manat faiz borcu, 367 (üç yüz altmış yeddi) manat penya borcu,cəmi 6502,59 (altı min beş yüz iki manatəlli doqquz qəpik) manat borcu təşkil edir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh 4717,62(dörd min yeddiyüz on yeddi manat altmış iki) manat əsas kredit borcu, 1417,97(bir min dörd yüz on yeddi manat doxsan yeddi qəpik) manat faiz borcu, 367(üç yüz altmış yeddi) manat penya borcu,cəmi 6502,59(altı min beş yüz iki manatəlli doqquz qəpik) manat təşkil edir. İş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün 86 (səksən altı) manat dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı BOKT MMC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı «ASEL KREDİT” BOKT MMC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlirəm ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 367(üç yüz altmış yeddi) manat cərimə azaldılaraq 20 (iyirmi) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənləri və cavabdehin əmlak mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4717 (dörd min yeddi yüz on yeddi) manat 62 qəpik əsas borc, 1417 (min dörd yüz on yeddi) manat 97 qəpik faiz borcu, 20 (iyirmi) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 86 (səksən altı) manat məbləğində pul vəsaiti tutulub İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməlidir Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 86 (səksən altı) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4717 (dörd min yeddi yüz on yeddi) manat 62 qəpik əsas borc, 1417 (min dörd yüz on yeddi) manat 97 qəpik faiz borcu, 20 (iyirmi) manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 86 (səksən altı) manat məbləğində pul vəsaiti tutulub İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1454/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1454/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver