Məhkəmə qərarları › İş №e-2(018)-1468/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1468/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1468/2023 22.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə Cavabdeh qarşı «pul tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BUMM1483986B29Saylı kredit müqaviləsinə əsasən 1129.33 AZN əsas; 106.21 AZN faiz;cəms 1235.54 AZN borcu, xx.xx.2023-cü il tarixli BRCB0223723B299 saylı kredit kartına dair müqaviləyə əsasən 1499.83 AZN əsas; 282.66 AZN faiz;cəni 1782.4Ə AZN borcun, ümumilikdə 3018.03 AZN borcun və ödənilmiş 50.18 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü i tarixli BUMM1483986B299saylı Kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2500 AZN məbləğində kredi verilmişdir. Daha dəqiq desək kredit nəöd aavdada devil. cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pu! vəsaitinin köçürülməsi volu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron aavdada bağlanmış xx.xx.2023-cü i! tarixli BRCB0223723B2S9saylı Kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1500 AZN məbləğində kredi verilmişdir. Daha dəqiq desək kredit nəäd qaydada devil. cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1129.33 AZN əsas; 106.21 AZN faiz;cəms 1235.54 AZN borcu, xx.xx.2023-cü il tarixli kredit kartına dair müqaviləyə əsasən 1499.83 AZN əsas; 282.66 AZN faiz;cəmi 1782.49 AZN borcun, ümumilikdə 3018.03 AZN borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 49(qırx doqquz) manat, 92(doxsan iki) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli kredit kartına dair müqaviləsindən görünür ki, Cavabdeh 59 ay müddətinə, 1500 (min beş yüz) manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 59 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli BUMM1483986B29 Saylı kredit müqaviləsinə əsasən 1129.33 AZN əsas; 106.21 AZN faiz;cəmi 1235.54 AZN borcu, xx.xx.2023-cü il tarixli BRCB0223723B299 saylı kredit kartına dair müqaviləyə əsasən 1499.83 AZN əsas; 282.66 AZN faiz;cəmi 1782.49 AZN borcu, ümumilikdə 3018.03 AZN borcu vardır. İş materiallarına əlavə olunmuş 31 may 2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 50 manat 18 qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BUMM1483986B29 saylı kredit müqaviləsinə əsasən 1129 (min yüz iyirmi doqquz) manat 33 qəpik əsas; 106 (yüz altı) manat 21 qəpik faiz; cəmi 1235 (min iki yüz otuz beş) manat 54 qəpik borc və xx.xx.2023-cü il tarixli BRCB0223723B299 saylı kredit kartına dair müqaviləyə əsasən 1499 (min dörd yüz doxsan doqquz) manat 83 qəpik əsas; 282 (iki yüz səksən iki) manat 66 qəpik faiz; cəmi 1782 (min yeddi yüz səksən iki) manat 49 qəpik borc, ümumilikdə 3018 (üç min on səkkiz) manat 03 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat 18 qəpik məbləğdə pul vəsaiti İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar