Məhkəmə qərarları › İş №e-2(018)-1477/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1477/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1477/2023 11.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimiMəmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 katibliyiilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «krediti müqaviləsi üzrə borcun tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraqməhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi, Nümayəndə Cavabdeh qarşı «krediti müqaviləsi üzrə borcun tutulması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli, 34191-1-342655 saylı “Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsinə”əsasən 01 iyun 2023-cü il tarixə Banka borcu olduğu 14624 (on dörd min altı yüz iyirmi dörd) manat, 33 (otuz üç) qəpik əsas borc, 3337 (üç min üç yüz otuz yeddi) manat, 07 (yeddi) qəpik faiz borcu, 3265 (üç min iki yüz altmış beş) manat, 55 (əlli beş) qəpik cərimə borcu,ümumilikdə 21226 (iyirmi bir min iki yüz iyirmi altı) manat, 95 (doxsan beş) qəpik məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsibarədə qətnaməçıxarılmasınıMəhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi, Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbinin təmin edilməsini Məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli, 34191-1-342655 saylı “Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsinə” əsasənCavabdeh istehlak məqəsdilə illik 26,5 (iyirmi altı tam onda beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Lakin borcluşəxs Cavabdehüzərinə götürdüyü kredit öhdəliklərini 22 avqust 2022-ci il tarixədən sonra icra etməmiş və nəticədə cavabdehin 01 iyun 2023-cü il tarixə Banka 14624 (on dörd min altı yüz iyirmi dörd) manat, 33 (otuz üç) qəpik əsas borc, 3337 (üç min üç yüz otuz yeddi) manat, 07 (yeddi) qəpik faiz borcu, 3265 (üç min iki yüz altmış beş) manat, 55 (əlli beş) qəpik cərimə borcu,ümumilikdə 21226 (iyirmi bir min iki yüz iyirmi altı) manat, 95 (doxsan beş) qəpik məbləğində borcu qalmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməiş materiallarını araşdıraraq beləhesab edir ki, iddiaqismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işiş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli, 34191-1-342655 saylı “Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsinə”dən görünür ki, Cavabdeh illik 26,5 (iyirmi altı tam onda beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarına əlavə edilmiş arayışından məlum olur ki, Cavabdeh 21 aprel 2022-ci il tarixli, 34191-1-342655 saylı “Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsinə” üzrə 01 iyun 2023-cü il tarixə 14624 (on dörd min altı yüz iyirmi dörd) manat, 33 (otuz üç) qəpik əsas borc, 3337 (üç min üç yüz otuz yeddi) manat, 07 (yeddi) qəpik faiz borcu, 3265 (üç min iki yüz altmış beş) manat, 55 (əlli beş) qəpik cərimə borcu,ümumilikdə 21226 (iyirmi bir min iki yüz iyirmi altı) manat, 95 (doxsan beş) qəpik məbləğində borcu yaranmışdır. Mülki işin materiallarına əlavə edilmişxəbərdarlıqvə pretenziya məktublarından görünür ki, cavabdehə borcunun olması barədə bildirilmiş 3 (üç) gün müddətində iddiaçıya borcu ödəməyi tələb olunmuşdur. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-i məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 154 (bir yüz) manat, 08 (səkkiz) qəpik dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli, 34191-1-342655 saylı “Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsinə” əsasən Cavabdeh istehlak məqəsdilə illik 26,5 (iyirmi altı tam onda beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, nağd kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 3265 (üç min iki yüz altmış beş) manat, 55 (əlli beş) qəpik manat məbləğində cərimə pulu azaldılaraq 1000 (bir min) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bank VTB (Azərbaycan)” ASC cavabdehdən 3265 (üç min iki yüz altmış beş) manat, 55 (əlli beş) qəpik məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 1000 (bir min) manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir.Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğundan iddia ərizəsinin verilməsinə görəödənilmiş 154 (bir yüz) manat, 08 (səkkiz) qəpik məbləğində dövlət rüsumunun 135 (bir yüz otuz beş) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. MəhkəməAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «krediti müqaviləsi üzrə borcun tutulması tələbinə dair» iddiası qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli, 34191-1- 342655 saylı “Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi” üzrə 14624 (on dörd min altı yüz iyirmi dörd) manat, 33 (otuz üç) qəpik əsas borc, 3337 (üç min üç yüz otuz yeddi) manat, 07 (yeddi) qəpik faiz borcu və 1000 (bir min) manat cərimə borcu, ümumilikdə 18961 (on səkkiz min doqquz yüz altmış bir) manat, 40 (qırx) qəpik borca görə, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 135 (bir yüz otuz beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçıAçıqSəhmdar Cəmiyyətinəödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsiləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar