Məhkəmə qərarları › İş №e-2(018)-1478/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1478/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1478/2025 22.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X2, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMM Qeyri Bank Kredit Təşkilatı Cavabdeh qarşı «borc tələbinə» dair iddia verərək, Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 1951.00 (min doqquz yüz əlli bir) manat, faiz borcuna görə 573.65 (beş yüz yetmiş üç manat, altmış beş qəpik) manat, cərimə borcuna görə 0.00 manat, cəmi 2524.65 (iki min beş yüz iyirmi dörd manat, altmış beş qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 45.25 (qırx beş manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı MMC QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********0066 saylı saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədilə illik 27.00% illik faiz dərəcəsi olmaqla 30 ay müddətinə 2100 (iki min yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 98 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 1951.00 (min doqquz yüz əlli bir) manat, faiz borcuna görə 573.65 (beş yüz yetmiş üç manat, altmış beş qəpik) manat, cərimə borcuna görə 0.00 manat, cəmi 2524.65 (iki min beş yüz iyirmi dörd manat, altmış beş qəpik) manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 45.25 (qırx beş manat, iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********0066 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MMM QBKT Cavabdeh 30 ay müddətinə, aylıq 98 (yüz on iki) manat olmaqla, illik 27% (iyirmi doqquz faiz) ödəmək şərtilə 2100 (iki min yüz) manat kredit vermiş, Cavabdeh təqvim üzrə hər yubanma günü üçün gecikdirilmiş əsas məbləğin 01 % məbləğində dəbbə pulunu (cəriməni) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, xx.xx.2024-cü il tarixli **********0066 saylı kredit müqaviləsi üzrə kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş **********754875 saylı kredit kartında təqdim edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli **********0066 saylı kredit müqaviləsi üzrə İddiaçı MMM QBKT-na əsas borc üzrə 1951.00 (min doqquz yüz əlli bir) manat, faiz borcuna görə 573.65 (beş yüz yetmiş üç manat, altmış beş qəpik) manat, cərimə borcuna görə 0.00 manat, cəmi 2524.65 (iki min beş yüz iyirmi dörd manat, altmış beş qəpik) manat borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 6299972Q7g99 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMM QBKT-nın adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 45.25 (qırx beş manat, iyirmi beş qəpik) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Sadalanan xüsusatlara əsasən hesab edirəm ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı MMM Qeyri Bank Kredit Təşkilatından kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit xətti müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMM Qeyri Bank Kredit Təşkilatı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia təmin edilərək xx.xx.2024-cü il tarixli **********0066 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 1951.00 (min doqquz yüz əlli bir) manat, faiz borcuna görə 573.65 (beş yüz yetmiş üç manat, altmış beş qəpik) manat, cərimə borcuna görə 0.00 manat, cəmi 2524.65 (iki min beş yüz iyirmi dörd manat, altmış beş qəpik) manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 45.25 (qırx beş manat, iyirmi beş qəpik) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli **********0066 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 1446.00 (min dörd yüz qırx altı) manat, faiz borcuna görə 192.36 (yüz doxsan iki manat, otuz altı qəpik) manat, 12.44 (on iki manat, qırx dört qəpik) manat cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 45.25 (qırx beş manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar