Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1481/2025 03.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 331535-CNS-45608 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 5.111,64 manat məbləğində əsas borc, 55.81 manat məbləğində faiz borcu, 169.65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 5.337,10 (beş min üç yüz otuz yeddi manat on qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 73.37 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə qız ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirib, iddia tələbini müdafiə edərək və iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. İddiaçı ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 331535- CNS-45608 saylı“Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh borcu kapitallaşdıraraq 6.253 manat 04 qəpik məbləğində borcu illik 3 faiz hesablanması şərti ilə 59 aymüddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 5.111,64 manat məbləğində əsas borc, 55.81 manat məbləğində faiz borcu, 169.65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 5.337,10 (beş min üç yüz otuz yeddi manat on qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Odur ki, Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 331535-CNS-45608 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 5.111,64 manat məbləğində əsas borc, 55.81 manat məbləğində faiz borcu, 169.65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 5.337,10 (beş min üç yüz otuz yeddi manat on qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 73.37 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 331535-CNS-45608 saylı“Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh borcu kapitallaşdıraraq 6.253 manat 04 qəpik məbləğində borcu illik 3 faiz hesablanması şərti ilə 59 aymüddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 5.111,64 manat məbləğində əsas borc, 55.81 manat məbləğində faiz borcu, 169.65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 5.337,10 (beş min üç yüz otuz yeddi manat on qəpik) manat məbləğində borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, X1 İddiaçı ASC-nə yaranmış borcun məbləği və X2 tərəfindən İddiaçı ASC-nə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. Mülki işə əlavə edilmiş AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, etibarnamədə nəzərdə tutulmuş hüquqların həyata keçirilməsi Nümayəndə etibar edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 73 (yetmiş üç) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat 05 (beş) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənləri və cavabdehin əmlak mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 5111 (beş min yüz om bir) manat 64 qəpik əsas borc, 55 (əlli beş) manat 81 qəpik faiz borcu, 19 (on doqquz) manat 65 qəpik cərimə və dövlət rüsumu üçün ödənilmiş 73 (yetmiş üç) manat 37 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5111 (beş min yüz om bir) manat 64 qəpik əsas borc, 55 (əlli beş) manat 81 qəpik faiz borcu, 19 (on doqquz) manat 65 qəpik cərimə və dövlət rüsumu üçün ödənilmiş 73 (yetmiş üç) manat 37 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1481/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1481/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver