Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1482/2025 17.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 27.085,83 (iyirmi yeddi min səksən beş ABŞ dolları 83 sent) ABŞ dolları borcun bundan 12.678,25 (on iki min altı yüz yetmiş səkkiz ABŞ doları 25 set) ABŞ dolurı əsas, 4.941,56 (dörd min doqquz yüz qırx bir ABŞ doları 56 sent) ABŞ doları faiz, 7676,10 (yeddi min altı yüz yetmiş altı ABŞ doları 10 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tartali Plenum qararına əsasən hesablanmış 1.789,92 (bir min yeddi yüz səksən doqquz ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu ve iş üzrə ödənilmiş 228.14 (iki yüz iyirmi səkkiz manat 14 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia tələblərinin təmin edilməsini xahiş etdi. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondu idddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 48 ay müddətinə illik 20 % dərəcəsi ilə 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkənCavabdeh3 və Cavabdeh2ilə Bank arasında 100009732/ZMnömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 18.533,58 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu27.085,83 (iyirmi yeddi min səksən beş ABŞ dolları 83 sent) ABŞ dolları təşkil edir. Bundan 12.678,25 (on iki min altı yüz yetmiş səkkiz ABŞ dolları 25 sent) ABŞ dolları əsas, 4.941,56 (dörd min doqquz yüz qırx bir ABŞ dolları 56 sent) ABŞ dolları faiz, 7.676,10 (yeddi min altı yüz yetmiş altı ABŞ dolları 10 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.789,92 (bir min yeddi yüz səksən doqquz ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmədə iştirak edən zaman Cavabdeh3 ona qarşı verilmiş iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və iştirak edən zaman Cavabdeh3 dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 20% dərəcəsi ilə 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu27.085,83 (iyirmi yeddi min səksən beş ABŞ dolları 83 sent) ABŞ dolları təşkil edir. Bundan 12.678,25 (on iki min altı yüz yetmiş səkkiz ABŞ dolları 25 sent) ABŞ dolları əsas, 4.941,56 (dörd min doqquz yüz qırx bir ABŞ dolları 56 sent) ABŞ dolları faiz, 7.676,10 (yeddi min altı yüz yetmiş altı ABŞ dolları 10 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.789,92 (bir min yeddi yüz səksən doqquz ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nə yaranmış borcun məbləği və Cavabdeh1 tərəfindən İddiaçı ASC-nə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. Mülki işə əlavə edilmiş AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli **********89 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 228.14 (iki yüz iyirmi səkkiz manat 14 qəpik) manat dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi əsasında İddiaçı ASC -dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmənatlərin Sığortalanması Fondu krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 228.14 (iki yüz iyirmi səkkiz manat 14 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənləri və cavabdehin əmlak mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 12678 (on iki min altı yüz yetmiş səkkiz) ABŞ dolları 25 sent əsas borc, 4941 (dörd min doqquz yüz qırx bir) ABŞ dolları 56 sent faiz borcu, 676 (altı yüz yetmiş altı) ABŞ dolları 10 sent cərimə,kredit müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1789 (min yeddi yüz səksən doqquz) ABŞ dolları 92 sent faiz borcu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 228 (iki yüz iyirmi səkkiz) manat 14 qəpik məbləğində pul vəsaiti tutulub LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 12678 (on iki min altı yüz yetmiş səkkiz) ABŞ dolları 25 sent əsas borc, 4941 (dörd min doqquz yüz qırx bir) ABŞ dolları 56 sent faiz borcu, 676 (altı yüz yetmiş altı) ABŞ dolları 10 sent cərimə,kredit müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1789 (min yeddi yüz səksən doqquz) ABŞ dolları 92 sent faiz borcu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 228 (iki yüz iyirmi səkkiz) manat 14 qəpik məbləğində pul vəsaiti tutulub LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1482/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1482/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver