Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1523/2023 30.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 1872 (bir min səkkiz yüz yetmiş iki) manat, 04 (dörd) qəpik əsas məbləğ üzrə, 579 (beş yüz yetmiş doqquz) manat, 17 (on yeddi) qəpik faiz üzrə, cəmi 2451 (iki min dörd yüz əlli bir) manat, 21 (iyirmi bir) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 44 (qırx dörd) manat, 92 (doxsan iki) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanılmış 5603sNAR/21 saylı kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Borcalan”a 60 ay müddətində (36 ay kredit xətti, 24 ay kredit), 10000 AZN-dək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. “Borcalan” isə həmin kreditdən məqsdəli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə minimum 1% maksimum 5 %, nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Borclunun Albalı plus kartına 60 aylıq, illik 29% olmaqla, 1000 AZN-lik kredit xəttinin açılması barədə göndərilmiş sms mətnin surəti işə əlavə edilmişdir. Bundan əlavə kredit limitinin artırılması ilə bağlı məbləğin ödəniş kartına köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması o cümlədən aparılmış ödənişlərin silinmə qaydası hesabdan çıxarışda əks olunur. Kredit müqaviləsinin 2.10-cu bəndinə əsasən “Borcalan” kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə tətbiq edə bilər. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Nəticədə cavabdehin 1872 (bir min səkkiz yüz yetmiş iki) manat, 04 (dörd) qəpik əsas məbləğ üzrə, 579 (beş yüz yetmiş doqquz) manat, 17 (on yeddi) qəpik, faiz üzrə, cəmi 2451 (iki min dörd yüz əlli bir) manat, 21 (iyirmi bir) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 44 (qırx dörd) manat, 92 (doxsan iki) qəpik borcu yaranmışdır Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 44 (qırx dörd) manat, 92 (doxsan iki) qəpik dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 25 may 2021-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, “Borcalan”a 60 ay müddətində (36 ay kredit xətti, 24 ay kredit), 10000 AZN-dək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. “Borcalan” isə həmin kreditdən məqsdəli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Mülki işə əlavə edilmiş 26 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 5603sNAR/21 nömrəli kredit müqaviləsi üzrə 26 oktyabr 2023-cü il tarixinə Unibank” KB ASC-yə 1872 (bir min səkkiz yüz yetmiş iki) manat, 04 (dörd) qəpik əsas, 579 (beş yüz yetmiş doqquz) manat, 17 (on yeddi) qəpik faiz borcu, cəmi 2451 (iki min dörd yüz əlli bir) manat, 21 (iyirmi bir) qəpik qəpik borcu vardır. Mülki işə əlavə edilmiş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış müqaviləsi əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 44 (qırx dörd) manat, 92 (doxsan iki) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1872 (bir min səkkiz yüz yetmiş iki) manat, 04 (dörd) qəpik əsas məbləğ üzrə, 579 (beş yüz yetmiş doqquz) manat, 17 (on yeddi) qəpik faiz üzrə, cəmi 2451 (iki min dörd yüz əlli bir) manat, 21 (iyirmi bir) qəpik və 44 (qırx dörd) manat, 92 (doxsan iki) qəpik ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1523/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1523/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver