Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1527/2023 04.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi,hakim köməkçisi X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək,Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 947,88 (doqquz yüz qırx yeddi manat,səksən səkkiz qəpik) manat əsas, 273,12(iki yüz yetmiş üç manat,on iki qəpik) manat faiz,46.78(qırx altı manat,yetmiş səkkiz qəpik) manat cərimə borcu cəmi 1267,78 (min iki yüz altmış yeddi manat,yetmiş səkkiz qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 33.08 (otuz üç manat,səkkiz qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 14033sNAR/21saylı 17 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin 1.1 bəndinə əsasən cavabdahə illik 29% olmaqla 35 ay müddətinə, 1000 (min) manat məbləğədək kredit limiti ayırır, ona bank hesabı (cari,kredit) açır və ödəniş kartı təqdim edir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.Kredit xəttində istifadəyə görə minimum 1% maksimum 6% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı cavabdeh tərəfindən əlavə olaraq ödənilməlidir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 33.08 (otuz üç manat,səkkiz qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 17 yanvar 2022-ci tarixli,14033sNAR/21 saylı kredit müqaviləsindən görünür ki, cavabdahə illik 29% olmaqla 35 ay müddətinə, 1000 (min) manat məbləğədək kredit limiti ayırır, ona bank hesabı (cari,kredit) açır və ödəniş kartı təqdim edir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 26 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 14033sNAR/21 saylı kredit müqaviləsi üzrə 947,88 (doqquz yüz qırx yeddi manat,səksən səkkiz qəpik) manat əsas, 273,12(iki yüz yetmiş üç manat,on iki qəpik) manat faiz,46.78(qırx altı manat,yetmiş səkkiz qəpik)manat cərimə borcu cəmi 1267,78 (min iki yüz altmış yeddi manat,yetmiş səkkiz qəpik) manat borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 17 yanvar 2022-ci tarixli,14033sNAR/21 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 33.08 (otuz üç manat,səkkiz qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17 yanvar 2022-ci tarixli,14033sNAR/21 saylı kredit müqaviləsi üzrə 947,88 (doqquz yüz qırx yeddi manat,səksən səkkiz qəpik) manat əsas, 273,12 (iki yüz yetmiş üç manat,on iki qəpik) manat faiz,46.78 (qırx altı manat,yetmiş səkkiz qəpik) manat cərimə borcu cəmi 1267,78 (min iki yüz altmış yeddi manat,yetmiş səkkiz qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 33.08 (otuz üç manat,səkkiz qəpik) dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №e-2(018)-1527/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1527/2023
04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver